“Osmanlı dövlət arxivləri İsrailin Fələstin barədəki yalanını ifşa etdi…” – FOTOLAR

Görəsən, Rusiya nəşri bu haqda “Anadolu”ya istinadla gecə verdiyi materialı sonradan niyə silib?..
“Qurani-Kərimdə deyildiyi kimi, Allah onsuz da gizlətmək istədiyiniz gerçəkləri bilir… Qəlbinizdən keçənləri belə…”
“İsrail Türkiyənin fələstinlilərin Yaxın Şərqdə torpaq sahibi olmaq hüquqlarını təsdiqləyən Osmanlı dövrünün arxiv materiallarını Fələstinə təhvil verməsindən narahatdır”.
Moderator.az-ın “Anadolu” agentliyinə istinadla yaydığı xəbərdə belə deyilir.
Osmanlı dövlətinin  arxiv materiallarının surətləri, o cümlədən torpaq kadastrı məlumatları 2019-cu ildə Fələstinə təhvil verilib ki,   İsrailin təşvişə düşməsinə səbəb olan da məhz budur.  İsrail mediası yazır ki,  həmin materiallar Təl-Əvivə qarşı “silah” rolunu oynayır. O cümlədən“Yisrael Hume”  qəzeti Fələstinin əlindəki arxiv materiallarının İsrail tərəfinin iddialarına qarşı güclü bir arqument, dəlil olduğunu vurğulayır.
“Ankara getdikcə İsrailin işlərinə daha fəal qarışır. Fələstinlilər artıq Qüds və Qərbi Şəriyədəki(və ya İordan çayının Qərb sahili) torpaq iddialarında Türkiyənin verdiyi arxiv materiallarından istifadə edirlər “-deyə yəhudi qəzeti həyəcanla yazır.
Fələstin İslam İrsi və Tədqiqatları Mərkəzinin (“MİSAK”) rəhbəri Xəlil əl-Rifai “Anadolu”ya verdiyi müsahibədə İsrail tərəfinin qorxularının tamamilə əsaslı olduğunu qeyd edib. Onun sözlərinə görə, İsrail hərəkətlərinin qanuniliyinə əmin olsaydı, Osmanlı dövləti arxivlərinin açılmasından qorxmazdı. “Osmanlı arxivləri Fələstin üçün həyati əhəmiyyət daşıyır”- deyə Mərkəz rəhbəri Türkiyənin Osmanlı arxivlərini ölkəsinə təqdim etməsindən duyduğu məmnuniyyəti dilə gətirib.
“MİSAK” əməkdaşlarından biri Murad Ebu Sabah isə İsrailin Fələstini işğal etməsindən və fələstinlilərin qovulmasından sonra yerli arxivlərin çoxunun məhv edildiyini xatırladıb.
“İsrail fələstinlilərin torpaqlarını ələ keçirməyə çalışır və bu addımlarını əsasən həmin torpaqların  guya vaxtilə yəhudilərə və ya yəhudi təşkilatlarına məxsus olması iddiası ilə “əsaslandırır”. Ancaq Osmanlı arxivləri bu yalanı ifşa edir “- deyə fələstinli tədqiqatçı vurğulayıb.
P.S. Maraqlıdır ki, Rusiyanın adətən müsəlmanların və Türkiyənin mövqeyindən çıxış edən rusdilli “İslamnews” internet nəşri gecə saatlarında  “Anadolu”ya istinadla təqdim etdiyi “Osmanlı arxivləri İsrail yalanını ifşa edir” başlıqlı materialı  sonradan silib.  Məqalənin başlığı qalsa da, özü silinib. Yoxsa buna səbəb Suriya cəhbəsində son Türkiyə-Rusiya ziddiyyətləri olub?..
 
Qurani-Kərimdə deyildiyi kimi, Allah onsuz da gizlətmək istədiyiniz gerçəkləri bilir… Qəlbinizdən keçənləri belə…(Moderator.az)
mersin escort