Azərbaycanda ilk dəfə – Vəhşi heyvanlar peyvəndləndi – VİDEO

Azərbaycanda ilk dəfə vəhşi təbiətdə yaşayan heyvanlar quduzluq xəstəliyinə qarşı peyvəndlənib.

Avropadan gətirilmiş peyvədlər adi qida vasitəsilə daha çox xəstəliyin risk zonası sayılan şimal-qərb bölgəsində vəhşi heyvanlara verilib. Peyvəndli yemlər kəndlərin kənarında meşənin giriş hissəsinə baytar mütəxəssislər tərəfindən yerləşdirilir.

Şəki rayonunun bütün kəndlərini əhatə etməklə peyvəndli yemlərin qoyulması qısa müddətdə başa çatdırılacaq.

Peyvəndləmə işləri Qax, Zaqatala və digər rayonlarda da aparılacaq peyvəndləmənin keyfiyyəti xüsusi üsullarla yoxlanacaq.

Vəhşi heyvanlar şpris atan silahlarla vurularaq keyləşdiriləcək və onların ağız boşluqlarından maye götürülüb analiz ediləcək. Bununla da həmin heyvanların peyvəndli qidanı yeyib-yemədikləri müəyyənləşdiriləcək.

Müstəqil.Az

mersin escort