“Sözün namusunu qoruyan Qadın…” – Emin Səbuhi yazır

YERİ SƏHV DÜŞƏN ŞAİR

1-ci hissə

Sözün namusunu qoruyan Qadın

Zəmanəyə uyğunlaşmayan, yeri səhv düşən, zamansız bir mühütə 64-il gecikən, həssas, şüşə qəlbi ilə bu daşqəlbli insanların arasında yaşadı ömrünün 64 ilini Şirinxanım Kərimbəyli Şadiman. Minlərlə şeirin müəllifi olan keçmiş zamandan bu günə gələn Şair xanımı xalqımız tanısa da əksəriyyəti tanımıya bilər. Çünki Şirinxanım, yaradıcılığı tanınsın deyə ucuz məclislərə şeirlərini məzə etmədi.Hələ mən 11-12 yaşlarımdan evimizin yanındakı Mikayıl Müşfiq adına kitabxanaya gedər Şirinxanımın kitablarını götürər,yaradıcılığı ilə dərindən maraqlanardım.

Ən ağıllı, elmli oğru “söz oğrusu”-dur deyirlər. Mən də Şirinxanımın şeirlərindən-əsərlərindən şeirdə, söz -də hələm-hələm rast gəlinməyən sözləri dəftərçəmə qeyd edər, söz bazama yığar, sonra isə öz şeirlərimdə bu sözlərdən istifadə edərdim.Bu məqaləmdə əsla Şirinxanım və onun yaradıcılığını tərifləmək iqtidarında deyiləm. Buna ehtiyac da yoxdur Görünən kəndə nə bələdçi? Bu məqaləni yazmaqda niyyətim və məqsədim Şirinxanımı tanıdığımızdan da daha da yaxın tanıyaq.

Təməli sevgi olan bir ailəyə qonaq olmağın gözəlliyi sonsuz nəzakət…

Şirinxanım və yoldaşı Əli müəllim bu yaxınlarda məni evlərinə qonaq dəvət etdilər.Bir görüş üçün çox məsuliyyətli və diqqətli olduğum üçün Şirinxanımgilin evlərinə gedəcəyim günün səhəri bir yaxınım rəhmətə getdi deyə dediyim gündə gedə bilmədim və ertəsi gün getdim.

Sirinxanımgil Pirallahı qəsəbəsində yaşayırlar. Şirinxanımgilə gedib çatanda artıq Əli dayı dayanacaqda əlində də qəzet ilə durmuşdu . O, məni gülər üzlə qarşıladı, ( əslində ağsaqqala əziyyət verdiyim üçün utandım ).Getdik Şirinxanımgilin evlərinə, köhnə Sovet evlərini xatırladan bu gözəl məkan insana istilik bəxş edirdi. Evin içinə daxil olanda elə qapının kandarındaca kitab qoxusu məni nağıllar aləminə apardı. Bu valehedici qoxunun təsiri ilə masa başına oturduq, çaylar süzüldü. Çay içə-içə söhbətləşdik. Şirinxanım 9 ( doqquz ) kitabını və 5 cild “Seçmələr”ini mənə təmənnasız hədiyyə etdi. Sonra onların kitablardan ibarət olan bir otaqına keçdik və onlara məxsus kitabxana ilə tanış oldum. Ən son şeirini komputerdən ilk dəfə bizə oxudu. Bu şeir dünyadan-dünyada baş verən ədalətsizlikdən, haqsızlıqdan bəhs edirdi. Dinlədik,şeiri müzakirə etdik.Sonra Şirinxanım bizə yemək üçün süfrə hazırladı biz də Əli müəllim ilə evin arxa tərəfinə bağça olan yerə keçdik.

Çox gözəl, səssiz və sakit olan bu yer insanın ruhunu oxşayırdı. Sırayla düzülən nar, gilas, alma, heyva ağacları bir aləm idi və bağçaya xüsusi gözəllik verən qızılgül kolları adamı könlünü oxşayırdı.Bir xeyli məsələlərdən söhbət etdik.Onu da vurğulayım ki, Əli dayı  intelkti yüksək, ali təhsilli, geniş mütaliə qabiliyyətinə malik, məlumatlı və dünyagörüşlü insandır. Vaxtikən Neft Daşlarında Geofizikada baş mühəndis işləyib, peşəsinin vurğunu olan savadlı mütəxəsisdir.Hal-hazırda yaşa görə əmək təqaüdünə çıxıb. Ömrünün qırx ilə yaxını elmə, biliyə və xalqa halal xidmətdə keçib.Xalq üçün, millət üçün, dövlət üçün çox lazımlı və faydalı insanlardan, ağsaqqalardan biridir Əli müəllim. İnsan Əli müəllimlə söhbətləşdiyi zaman zehni, elmi, savadi artır, adam Əli dayıdan daha da faydalı fikirlərlə öyrənməyə nail ola bilir.

Sonra bir masa arxasında əyləşdik söhbətləşdik. Şirinxamın masanı fərqli təamlarla bəzədi. Sözün düzü Şirinxanımın “Emin, yeməyi dünəndən sənin adına asmışdıq, daha gəlməli olmadın” sözlərindən çox utandım. Mən Şirinxanım və həyat yoldaşı Əli müəllimin elədə tanıdıqları bir insan deyildim axı, bu qədər nəzakət sözün yaxşı mənasında insanı əzir. Bu ailədə bu ailəni möhkəm tutan və uzun ömürlü edən Şirinxanım ilə Əli müəllimin əsl həyat yoldaşı kimi fədakarlıqları və bir-birinə qarşı sonsuz nəzakətli olmalarıdır. Bir sözlə yox, bir baxış ilə bir-birini anlamalarıdır.Əli dayı Şirinxanımın bu günə qədər yazdığı bütün şeirlərinin ilk oxucusu olub. Bu şeirlərin ilk oxucusu olmaqla bərabər, elə onun kitablarının, həm korrektoru, həm də redaktə edəni olub. Səbəbini də Əli müəllim belə izah etdi ki, korrektə və redaktəni başqasına havalə etsəm o kitablardan kitablıq qalmaz. Onun yazdıqlarının başına oyun açarlar, ona görə bu işi öz öhdəmə götürdüm.Vaxtıikən sovet dövründə, istər rus, istər azərbaycan dilində nə bədii kitab nəşr olunub hamsını mütaliə etmişəm, ona görə bədii ədəbiyyatın nə olduğunu yaxşı dərk edirəm. Bir ailədə qadın ilə kişi fərqli-fərqli hansısa peşənin, vəzifənin, sənətin sahibi olurlarsa olsunlar, iki insanın bir-birinin peşəsinə, sənətinə hörmət etməsi, dəyər verməsi özü bir xöşbəxtlikdir. Onların bir xoşbəxtliyi də ondadır ki, onlar iş yerində tanış olublar və ailə qurublar, Şirinxanım da həmin idarədə mühəndis peşəsində çalışıb. Şirinxanım mühəndis peşəsində çalışmasını belə izah etdi ki, yaradıcılıq üçün Neft Daşları mənə sakit və təlatümlü məkan idi,

həm yaradıcılıqla məşğul oldum, həm də geofizikada çalışdım, baxmayaraq hümanitar fakültə bitirmişdim.

Bu cütlüyün ailədəki illərə meydan oxuyan sevgilərini, bir-birinə olan hörmətini, nəzakətini bu günki günün gənclərinə örnək göstərsək əminəm ki, bütün ailələr sevgi dolu, təməli sevgi ilə möhkəm bir ailə olar.İnsan sənətcə, peşəcə, istər bənna, istər dülgər, istərsə hər hansı nüfuzlu bir vəzifənin sahibi olsun, öz ailəsində öz sənətinə hörmət, diqqət gördüsə bu insanın yaradıcılığı daha da məhsuldar, uğurlu olar.Gün başını əyməyə başlamışdı ki, mən dedim ki, qalxım gedim yolum da uzaq idi. Qalxdım, mənə verilən kitab hədiyyələrimi götürüb yol aldım getməyə. Əli dayı ilə birgə gəldik dayanacağa, Əli dayıya nə qədər dedim ki, avtobus ilə gedəcəyəm, alınmadı. Bir taksiyə əl elədi, Əli dayı “Qardaş bu bacı oğlunu Koroğluda düşürdərsən ” dedi. Mən taksiyə minəndə artıq Əli dayı taksinin pulunu ödəmişdi ( çox utandım ). Beləcə bu qonaqlıqdan, xoş təəssüratla gəldim evimizə. Üç-dörd gün o gözəl görüşün təsiri altında qaldım. Gəldim evə öz kitabxanamda Şirinxanımın hədiyyə etdiyi kitablardan bir Şirinxanım Kərimbəyli Şadiman köşəsi yaratdım…

Sui-Qəsd

Tarix boyu irəlidə gedənlərə, aşıb-daşan istedadı olanlara, yaradıcılığında böyük nailiyyətlər qazananlara, öz sahəsində Günəş kimi işıq saçanlara palçıq atan, paxıllıq edən, gözü götürməyənlər olub,var və olacaq… Şirinxanım nadir hallarda min minnətdən, min xahişdən sonra hansısa tədbirdə və ya təqdimatda iştirak edər. Şirinxanım təbiətcə tədbirlərdən-tədbirlərə, təqdimatlardan-təqdimatlara qaçan bir insan, bir şair deyil. O, şeirin, sözün ucuz tutulduğu məkanlardan daim uzaq durdu.Bugünki gün qadınlar var ki, bu elə kişilərə də aiddir, o tədbir sənin, bu tədbir mənim,bu təqdimat sənin, o təqdimat mənim, deyib gəzirlər. Lakin iş mahiyyətə gələndə ortalığa nə yeni şeir, nə yeni əsər, nə də yeni yazı qoyurlar. Şirinxanım Azərbaycan Yazıçılar Birliyində (AYB-də) tədbirlərin birində iştirak etdiyi vaxt tədbirdən çıxdığı zaman kimsə-(-lər ) Şirinxanımı maşının altına qəsdən itəliyiblər ki, Şirinxanım ya şikəst olsun ya da ki, (iraq-iraq) həlak olsun və sonra desinlər ki, avtomabil qəzasında dünyasın dəyişdi.. Bu cəhd kimlərinsə işinə hansısa məqsədlə yarayar. Kiminsə özünə görə içində min xəbisi olar.Ürəklərin içini bilən Uca Yaradanımızdır.Lakin bir gerçəyi unudurlar ki, çıxan günəşin üstünə palçıq yaxmaqla deyil.O günəş haradansa yol tapıb daim işıq.ğını saçacadqır, bu şübhəsizdir. Şübhəsiz ki, heç kimsə Allahın sevdiyi, qoruduğu bəndəyə kim olursa olsun, hökm oxuya bilməz. Bizlər Allahın yazdığı qədər yaşayacağıq…

Saymamazlıq

Özünü bilməməzliyə vuranlar, xislətcə xainlər, dəfələrlə Şirinxanımı tədbirlərə, təqdimatlara dəvət ediblər. Qarşılarına iki ulağın arpasını töksək ədalətli bölməkdə çətinlik çəkənlər, şeirdən, sözdən anlayışı olmayanlar, özlərinə “şairəm”, “yazaram” deyib ortada fırlananlar çiyinlərinə Şirinxanımın yaradıcılığı boyu onlarla işıq üzü görən kitablarını qoysaq daşımağa gücü, cürəti, hünəri çatmayanlara təqdimatın boyu söz verməyi unutmurlar. Mikrafona dəvət edirlər.Onları min bir bəzək-düzəklə məclisə təqdim edirlər. Lakin dəfələrlə qəsdən, bilərəkdən Şirinxanıma söz verəcəkləri halda unutduqlarını vurğulayıblar.Bu çox ədəbsizlik və ədalətsizlikdir. Kimlərsə bu haldan qəsdən istifadə etmiş olur.Halbuki sizin ağsaqqallarınızın və müəllim saydıqlarınızın əksəriyyəti dəfələrlə Şirinxanımın iştirak etdiyi tədbirlərdə və ya təqdimatlarda ayağa qalxar, Şirinxanımın önündə iki qat əyilər, iki əllə nəzakətlə görüşərlər.

Sözdən heykəl yonan qadın

Şirinxanım, ədəbiyyat üçün, söz üçün, poeziya üçün çox lazımlı və ehtiyac duyulan şəxsiyyətləndəndir. Ədəbiyyatın sütunlarındandır desək, yanılmarıq. Sözə dəyər verən, şeirin qayğısına qalan, sözü yaralayanların qarşısında bir nər kimi sinəsini sipər edən insanlardandır. Şirinxanım Şadiman sözün, ədəbiyyatın, poeziyanın haqqını yetəri qədər vermiş bir insandır. Şeiri, sözü əsla lağa qoymayan, sözün ucalığını daim yüksəkliklərdə qoruyan insandır . Bəziləri ədəbiyyata elə də faydaları olmadığı halda ortaya bir iz qoymaq iqtidarında deyillər. Çünki haqdan gələn istedadları yoxdur, özləri bu dünyadan gedən kimi yazdıqları da unudulacaq. Azərbaycan Yazıçılar Birliyinin (AYB-i) ortaya şeir və sənət qoymadığı halda əlli beş- altmış yaşlarında “Dayday”ların “Dayday “lıq etdiyi üzünə bir kilo və bir kilo yarım kosmetika, pudra səpdikləri “xala”-ların şeiri və şeiriyyatı məhv etməyə nail olanlara qarşı daim içində susqunluğunu gördüm. Qoy AYB sussun, onlara illik mükafatlar versin…Fəqət bir cavan kimi təsəllim odur ki, nə yaxşı Şirinxanım kimi barmaqla sayılası yaşayan dəyərlərimiz var, özü dünyada olmayanda da yaşayacaq dəyərlərimiz…Nə gözəl ki, ömrünü, gəncliyini,həyatını poeziyaya, sözə, ədəbiyyata qurban edən bir şəxsiyyətdir Şirinxanım. Bu günki günün gənc oxucusu nədənsə araşdırmadan, mütailədən qaçır, oxumur, maraqlanmır.

Çox əfsuslar olsun ki, bayağılığa düşgündür bu günkü günün oxucusu…Buna bütün sahələrdə incəsənətdə, ədəbiyyatda, musiqidə, rəssamlıqda və müxtəlif sahələrdə rast gəlinir. Bunun göstəricilərindən birini sadalasaq görərik ki, bugünki günün gənci nadir hallarda Şövkət Ələkbərovaya, Rəşid Behbudova, Alim Qasımova, Səxavət Məməmmədova qulaq asır. Lakin bugünki günün gənci öz maşınında, evində və ya hansısa bir şəraitdə Üzeyir Mehdizadəyə və ya bu kimi “Aftovağzal” bayağı və yüngül mahnılara zövqlə, həvəslə, maraqla qulaq asırlar. Bu bayağılıq yazıqlar olsun ki, bütün sahələrdə yaşanır. Şirinxanım poeziyasına baş vuranlar vətənə sevgi görərlər, anaya-ataya, valideynə eşq görərlər. Bacıya, qardaşa, dosta, təbiətə sevgi görərlər. Sevgiyə aid etdiyi şeirlərin əksəriyyətindən ayrılıq qoxusu gəlir, bu şerlər də həsrət də, ülfət də, sadiqlik də var. Sözə dəyər verən Şirinxanım şeirə, sözə tam ciddiyyəti ilə yanaşır. Ədəbiyyata və şeiriyyətə əsla məşğuliyyət kimi yanaşmadı. Bugünki günün poeziya aləminin, ədəbi mühitin ( əksər hallarda başqa məqalələrimdə bu mühitə ədəbsiz mühit də deyirəm ) ən iyrənc, ən mundar, ən utanc verici hallarından biri də odur ki, ömrü boyu ədəbiyyat üçün, söz üçün barmağını tərpətməyənlər,soruşsan ” dörd”-lük”, on Dörd”-lük, on altılıq, “bayatı”, ” ağı”. “sərbəst vəzn” və ədəbiyyatın fərqli üslublarının ( bu üslublar Şirinxanımda mükəmməl alınır ) necə yazıldığını, necə olduğunu bilməyəcək.

Fəqət qoyun aptekə baxan gözlərini döyənlər Azərbaycan Ədəbiyyatını, sözünü, poeziyasını xarici ölkələrdə təmsil etmək üçün xaricə yollamaqları göz qabağındadır. Bu hallarla keçən illərdə rast gəldik. AYB-ə beş- on nəfər ədəbiyyatın ə-siylə belə əlaqəsi olmayan “xala”-ları və “dayı”-ları Türkiyədə, Ankarada, Antaliyada baş tutan şeir müsabiqəsinə Azərbaycan Ədəbiyyatını təmsil etmək üçün yollamışdılar. Bu sözün əsl mənasında iyrənclikdir, ədalətsizlikdir, ayıbdır və utanc vericidır! Çünki bu cür Dünya miqyasında baş tutan şeir müsabiqələrində, şeir festivallarında Azərbaycanımızı şeriə, sözə aidiyyatı olmayan, ədəbiyyatla qəti bağlılığı olmayan insanları Azərbaycan adından sözü və ədəbiyyatı təmsil etməkləri üçün xarici ölkələrə yollamaq elə ədəbiyyata olunan xəyanətdir,cinayətdir!!! Məlum məsələdir ki, zövqlər müzakirəsizdir.Lakin bunu hal-hazırda poeziyamızda Şirinxanım Kərimbəyli Şadiman, Esmira Məhıqızı, Ayaz Arabaçı və onlarla yaşayan dəyərlərimiz, əfsanələrimiz var ki, haqq edirlər…

Yerlər səhv düşdüyü üçün bugünki gün poeziyada, ümumilikdə ədəbiyyatda ayaqlar baş olub, başlar isə ayaq…

Ramiz Rövşən və Şirinxanım Kərimbəyli Şadiman

Tarix boyu belə bir gerçəklik olub ki, biri əsl savaşda həqiqətən savaşan, öz qanını vətən yolunda tökən, zillət çəkən və min bir müsibət ilə döyüşüb qəhrəmanlıq zirvəsinə ucalanlar, qəhrəmanlıq adını həqiqətən haqq edənlər var. Biri də ki, təsadüfdən doğan dırnaqarası “qəhrəman”lar olub. Nə gözəl ki, Şirinxanım birincilərdən olmağı bacardı.Tarixə qaranı ağ kimi qələmə vermək əbəsdir.Tarix və xalqın gözü əsl həqiqətləri, əsl sənətkarları, əsl qəhrəmanları görür və qiymətləndirə də bilir. “Aslanın erkəyi dişisi olmaz”, bu deyimdə həqiqətən çox böyük bir gerçəklik var. Bugünki oxucu pafosa,Youtube şəbəkəsində həzin melodiyalar sədası altında səslənən şeirləri dinləməyə can atırlar.Çünki oxumurlar, mütaliə etmirlər, araşdırmırlar.Çoxluq asana qaçır,qulaqcığı taxır və kiçik bir düyməni basıb hansısa şeiri dinləyir, rahat və asan. Lakin bu üsul insanı daha gözəl, daha mənalı şeirlərə həsrət qoyur, insan kitabla canlı ünsiyyətdən uzaq düşür…Dünya səviyyəsində olan əsərləri araşdırıb oxuyub, həzz almaq hissindən insanı məhrum edir.Çoxluq oxumağa yox, dinləməyə qaçır…

Ramiz Rövşən yaradıcılığını təpədən-dırnağa qədər araşdıran bir gənc olaraq və Ramiz Rövşən yaradıcılığını oxuyan və bəyənən bir ədəbi tənqidçi kimi deyə bilərəm ki, poeziya aləmində Şirinxanım Kərimbəyli Şadiman bir xanım şair olaraq Ramiz Rövşənin qadın halıdır. Onlarla yox, yüzlərlə yox, minlərlə şeirin, bayatının, dördlüyün poemalar və pyeslərin, bir sözlə ədəbiyyatın müxtəlif üslubunu qələminin ilham qatından keçirən yazımın qəhramanı Şirinxanım Ədəbiyyatda həddindən ziyadə məhsuldar şairdir.Sözün əsl mənasında peşəsinin, sənətinin vurğunudur. İlahinin verdiyi fitri istedadı ədəbiyyatımıza xalı təki toxudu, şair…Bir ömrü milyonlarla şeir bəndinə sığdırmağı bacardı Şirinxanım. Oxucuya qəribə gəlsə də Şirinxanım Şadiman yaradıcılığından bəhs edərkən Ramiz Rövşəni misal gətirməyim o üzdəndir ki, bu iki sənətkarın yaradıcılığını sevirəm. Müxtəlif həqiqətlər var bu müqayisədə.Hər iki şair də olduqca məhsuldar və yaradıcıdılar. Ədəbiyyatın, poeziyanın haqqını yetəri qədər ödəmiş şəxsiyyətlərdir.

Şirin xanım Kərimbəyli Şadiman, Azərbaycanın təkcə quzeyində yox, güneyində də oxunan sənətkardır, onun kitabları Təbrizin virtual kitabxanasında yayınlanır.Türkiyənin İstanbul, Ankara kimi şəhər kitabxanalarında şairin kitabları yer alıb. Onun dünyanın hər yerində Azərbaycan türkcəsini bilən, anlayan minlərlə oxucusu var. Amma özü nə bir dəfə Türkiyədə, nə İranda, nə də digər yerlərdə olub. Şirinxanım Güneyə getmək arzusunu dilə gətirdi, amma, müxtəlif səbəblər üzündən qələmi haqqın, ədalətin carçısı olduğu üçün istəyi ürəyində həbs olunub. Dünyanın bir çox ölkələrində dünyada yaşıyan Azərbaycanlıların əksəriyyəti tərəfindən sevilən Şirinxanım fitrədən gələn poeziyası ilə baş-başadır bu gün… Şirinxanım Kərimbəyli Şadiman dünyası, poeziya aləmi nə yaxşı ki, var və bizimlədir…Allah ona övlad vermədi, bəlkə də ona görə ki, yaratdıqlarını balası kimi sevə-sevə yaratsın…O, heç bir qapı döymədən, heç kəsə əyilmədən ədəbiyyatımıza ərmağan etdiklərinin ucalığından boylanır onusaymayanlara…

Bəlkə Şirinxanım Kərimbəyli Şadiman da Mikayıl Müşfiq, Əhməd Cavad, Hüseyn Cavid, Salman Mümtaz ömrü yaşayır, onları cismən öldürdülər, amma Şirinxanımı sağ ikən, ruhən öldürmək istəyənlər əminəm ki, bunu bacarmayacaqlar…Çünki Şirinxanım Kərimbəyli Şadiman elə bir zirvədədir ki, onu özlərindən aşağıda görənlər və yaxud görmək istəməyənlər heç vaxt o zirvəyə çata bilməyəcək…Səbəbi odur ki, onun ilhamı fitrətdən gəlir….Allah o fitrətin qapısını hər adama açmır…

 

Şirinxanım yolu

Şirinxanım Ağabala qızı Kərimbəyli 2 Sentyabr 1955-Dəvəçi rayonunun hazırda Siyəzən Rayonun inzibati ərazisi sayılan Tağay kəndində anadan olub.Anadan olduğu məktəbdə səkkizillik məktəbi, sonra Siyəzən şəhər 2-saylı orta məktəbi bitirib.Bakı Dövlət Unveristetinin Kitabxanaçılıq fakültəsində əyani təhsil alıb.(1978-1983).Azərbaycan Jurnalistlər birliyinin nəzdində, Jurnalist Sənətkarlıqı İnistutunun məzunudur (1992).1983-1984-ci illərdə keçmiş Dəvəçi Rayonunun hazırda Siyəzən bölgəsinin ərazisi sayılan Gilgilçay qəsəbəsində kitabxana müdiri vəzifəsində çalışıb.1985-2007-ci illərdə ARDNŞ-nin “Mədən Geofizika” idarəsinin “Neft Daşları” Geofizika ekspedisiyasında çizgici, texnik, mühəndiz peşəsində işləyib.Həmin İdarədən də 2007-ci ildən əmək təqaüdünə çıxıb. Ailəlidir.

Yaradıcılığı

Bir çox oxucunun oxuyub Şirinxanımın yaradıcılığı ilə daha da yaxından tanış olmaları bizim bir xalq olaraq hal-hazırda necə gözəl dəyərlərlə eyni dövrdə yaşamağımızın qürur hissini keçirməyimizə vəsilə olar.

1991-ci il də “Ürək niyə aqrıyırsan?” Ilk şeirlər toplusu işıq üzü görüb.1992- ci il də Türkiyədə silsilə seirləri “Çaqdaş Azərbaycan Şeiri antalogiyası” kitabında çap olunub.1999-cu ildə “Çəkənə qəm dünya.çəkməyənə dəm Dünya” 400-səhifəlik kitabı, 2002-ci ildə 565 səhifəlik “Kiminə acı dünya,kiminin tacı dünya”, 2007-ci ildə 742 səhifəlik “Ağıla bəhər dünya.Ürəyə qəhər Dünya” adlı iri həcmli kitabları çapdan çıxıb. 2008-ci ildə 292 səhifəlik müəllifin “Seçmələr”toplusu işıq üzü görüb.Bu kitabda yer alan şeirlər və poema şairin əvvəl çapdan çıxmış kitablarından seçilib.Elə həmin il Şirinxanım Şadimanın Ədəbi-Publisist ovqatlı ” Məni illərdən soruşun ” adlı kitabı nəşr olunub. “Kredo” qəzetinin baş redaktoru,ədəbi tənqidçi, Əli Rza Xələflinin 2009-cu ildə çapdan çıxmış “Adı Şadiman olanın…” adlı publisist kitabı Şirinxanım Şadimanın həyat və yaradıcılığından bəhs edir.

Həmin il Şairənin “Ürək niyə aqrıyırsan?”və ” Çəkənə qəm dünya,çəkməyənə qəm dünya” kitabları “Dünya mənə tanış gəlir”adı altında təkrar nəşr olunub. 2010-cu il də 54 səhifəlik ” Tağayım”adlı poeması çapdan çıxıb. 2010-cu ildə Əli Rza Xələflinin şairənin “Burdan bir atlı keçdi ” poeamasına həsr etdiyi ” Axtala Əfsanəsi”və Jurnalist Nəzirmməd Zöhrablının (Quluyevin) Şirinxanım Şadimanın yaradıcılığından bəhs edən “Üç rəngli Bayrağa bürünmüş Şairə”publisist kitabları çapdan çıxıb. Şairə Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.”Bütöv Azərbaycan” qəzetinin əməkdaşıdır.Saysız Diplomlara və Mükafatlara layiq görülüb.Ədəbi Mühitdə müəllif Şirinxanım Şadiman Kərimbəyli kimi tanınır.

Kitabları

Şirinxanımın ” Poeziyası aləmi ” və ” Ədəbiyyat dünyası”

1) ” Ürək niyə ağrıyırsan?” 1991-ci il.Tiraj 3000

2) ” Çəkənə qəm dünya.Çəkməyə qəm dünya” ( Şeirlər.Poemalar.Pyesslər. ) 1999-cu il Tiraj 1000.

3) “Kiminə acı dünya.Kimin tacı dünya ” ( Şeirlər.Pyesslər.Poemalar. )2002 ci il Tiraj 500

4) ” Ağıla bəhər dünya.ürəyə qəhər dünya ” ( Şeirlər.Poema.) 2007-ci il Tiraj 500

5) “Seçmələr” ( Könül harayı ) .1 cild 2008-ci il Tiraj 1200.

6) ” Məni illərdən soruşun ” ( Publisist düşüncə ) 2008-ci il Tiraj 300.

7) ” Dünya mənə tanış gəlir” (” Ürək niyə aqrıyırsan? )və “Çəkənə qəm Dünya ” kitablarının birlikdə nəşri.2009- cu il Tiraj 500.

8) “Tağayım ” Poema. 2010-cu il Tiraj 500.

9) ” Ay adamlar mən burdayam ” (Şeirlər.Poemalar.Əhvalatlar.) 2012-ci il Tiraj 500.

10) ” Seçmələr.Şeirlər.Poemalar “2 cild.2012-ci il Tiraj 1200.

11) ” Ötənlərdən gələn səslər ” ( Şeirlər.Poemalar.Qəzəllər.) 2013-cü il Tiraj 500.

12) ” Ötənlərdən gələn səslər-2 ” (Şeirlər.Qəzəllər.Dördlüklər.Bayatılar.) 2014-ci il Tiraj 500.

13) ” Seçmələr (Şeirlər və Poemalar.) “.3 cild 2015-ci il Tiraj 750.

14) ” Seçmələr (Şeirlər.Poemalar.Dramlar.) ” 5 cild.2015-ci il.Tiraj 750.

15) ” Söz könlümü qələm etti ( Publisist Düşüncələr) “.2016-cı il.Tiraj 500.

16) “Tək Yaradana Gümanım ( Nəzm hekayələr.Şeirlər.Publisist Məqalələr.) ” 2017-ci il Tiraj 506.

17) ” Seçmələr.(Şeirlər.Nəzm hekayələr.) ” 5 cild.2017 – ci il Tiraj 504.

18) ” Yol gedirik” ( Nəzm yazılar ) 2018-ci il Tiraj 506.

Şirinxanım Şadiman Kərimbəylinin əsərləri haqqında çap olunmuş kitablar.

1.Əli Rza Xələfli ” Adı Şadiman olanın… ” 2009-cu il Tiraj 1000

2.Əli Rza Xələfli ” Axtala Əfsanəsi ” 2010 – cu il Tiraj 500.

3.Nəzirmməd Quluyev (Zöhrablı) ” Üç rəngli bayrağa bürünmüş Şairə ” 2010-cu il Tiraj 500.

4.Əli Rza Xələfli ” Qırmızı həqiqətlər” 2011-ci il Tiraj 500.

5.Əli Rza Xələfli ” Sözün yeddi gözəli ” 2016-cı il Tiraj 1000.

Təxəllüsü Şadiman.

İxtisası Kitabşunas və Biblioqraf.Mühəndis.

Fəaliyyəti Şair-dramaturq.Publisist.

Janr Şeir.

Müxtəlif illərdə qazandığı mükafatları.

1.”Araz” ali Ədəbi media mükafatı.

2.”Qızıl Qələm” media mükafatı.

3.” Məhsəti Gəncəvi ” adına fəxri diplom.

4. ” Vicdan qələmi” ” Müqəddəs qələm ” ədəbi mükafatlar.

5.” Ömür Bəlgəsi” ( Əsgişəhər.Türkiyə.).

6. ” Vətən naminə ”

7. ” Xan qızı Natəvan ” mükafatı

8. ” Həsən bəy Zərdabi ” media mükafatı

Bu yazımda, məqaləmdə qəhrəmanımın yaratdığı əsərləri, poemaları, şeirin bütün növlərində özünə kimlik qazanan şeirləri, xatirələri və müxtəlif yazıları haqqında günlərlə vərəq-vərəq kitablar yazmaq olar. İnşallah, Şirinxanım Kərimbəyli Şadimanın şeirləri haqqında məqaləmin ikinci hissəsində tez bir zamanda fikirlərimi bildirəcəyəm. Sizə ugurlar diləyirəm.

28.01.2020

Emin Səbuhi

Müstəqil.Az

mersin escort