“Xatirəmi uçurub üstündə süni çəmən əkən qurumlara bir sualım var :-“Yaşamaq necədi bu cür ,soyuq deyil ?” – Aysel Fikrət

Şəhərin küçələrində ən kədərləndiyim yer köhnə evlərin sökülməsidir .

Yırtılmış divar kağızları ,kitab rəfləri,sınıq-sökük xatirələr miskin bir mənzərədir .Məncə o kranlar evləri sökmür,  kiminsə ürəyinin sevincini dəlir .Bu cür görüntüləri görə bilmirəm .Mənə meydanda qətlə yetirilən insanları xatırladır bu səhnə .Bəlkə də şişirdirəm .Təbiətı dağıdan ,ağacları yandıran ,evləri uçurdan toplumu tanıdığımdan ,səssiz qaldığımdan utanıram .Hardasa uzaqda kuçə heyvanlarlna ,ətraf ağaclarına ,qədim evlərinə nəvazişlə yanaşan bir ortam var .Ora gedə bilmərəm .Ora mənim deyil !


Dünən qarışqa yuvasını dağıtdım,məndən də mərhəmətli dostum məni çox qınadı.Qəddarlığıma büküldüm,utandım.Bu toplumun nəyi çatmır ? Sevgisi, düşündüm .

İnsan sevgisiz qalanda qarişqa yuvasını da dağıdar,hətta dünyanı da .Bax, bizim toplum sevgisini ,torpağını ,keçmişini dağıdır .çünki sevgisizdir ! .Sevgi Qarabağ idi,  o da yoxdu .
İgidliyi əskikdi .Ayrı qanunları var .Qanunlar icra üçündür. Kranlar icraedici qüvvədir ,kranı insan idarə edir .

O evdə də insanlar yaşayıb .Nə sevgilər böyüyüb,nə sevgilər ölüb o evdə. .Necə qoca nənələr ,babalar ,şirin balalar ,səs- küyü aləmi basan Novruz sədaları ,qapı pusmalar …

Mən keçmişlə yaşayan dəli deyiləm, yox! .Mən köhnənin ,kökün qədrindən danışıram .Mənim xatirəmi uçurub üstündə süni çəmən əkən qurumlara bir sualım var :

-“Yaşamaq necədi bu cür ,soyuq deyil ?”

 

AYSEL FİKRƏT

Müstəqil.Az

mersin escort