Netanyahu ABŞ-dan razılıq alan kimi yəhudilər hərəkətə keçdi

“Qüdsün İsrailin paytaxtı olması üçün ABŞ-dan razılıq aldıq”.

Bunu İsrailin Baş naziri Binyamin Netanyahu deyib.

İsrail İctimai Yayım Qurumunun (Makan) xəbərinə görə, Netanyahu bu sözləri ABŞ Prezidenti Donald Trampla Ağ evdəki görüşündən sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Fələstin dövlətinin paytaxtı Şərqi Qüdsdəki Əbu Dis yaşayış məntəqəsi olacaq. İsrail isə Qərbi Şəriədəki bütün yəhudi yaşayış məntəqələrində söz sahibi olacaq”, – Baş nazir qeyd edib.

O, ABŞ-ın müzakirələrə başlaması üçün İsraildən deyil, Fələstindən tələbləri olduğunu dilə gətirib. Bu tələblərin sırasında Qəzzanın silahsızlaşdırılması, terrorçulara ( fələstinli məhkumlar və öldürülənlərin ailələləri nəzərdə tutulur) maddi yardımın dayandırılması, Beynəlxalq Cəza Məhkəməsinə şikayət göndərilməsinə son qoyulması, İsrailə qarşı təxribatın dayandırılması və onun rəyi olmadan beynəlxalq qurumlara üzv olunmaması yer alır.

ABŞ, həmçinin, müzakirələrə başlaması üçün ilhaq edilən yaşayış məntəqələrini də əhatə edəcək formada yəhudi dövlətini tanımaq, İsrailin Qüdsdəki suverenliyini dəstəkləmək və geri dönüş haqqından mütləq sürətdə fərağat etmək kimi bəzi şərtlər irəli sürüb.

Netanyahu bu şərtlər yerinə yetirilmədən İordaniya vadisi, Yəhuda və Samirə bölgələrindəki yaşayış məntəqələrinin ilhaqı xaric olmaqla, Qərbi Şəriədəki “C bölgəsi”ndə dəyişiklik olmayacağını, şərtlər yerinə yetirilsə belə, İsrailin sözügedən bölgədə suverenliyini davam etdirəcəyini vurğulayıb.

Qeyd edək ki, Fələstin və İsrail arasında 1995-ci ildə imzalanan “İkinci Oslo Anlaşması” çərçivəsində işğal altındakı Qərbi Şəriə A, B və C bölgələrinə ayrılıb. Onun 18%-ni əhatə edən “A bölgəsi”nin idarəsi və təhlükəsizlik məsələləri Fələstinə, 21%-lik “B bölgəsi”nin idarəsi Fələstinə, təhlükəsizliyi isə İsrailə tapşırılıb. 61%-lik hissəni əhatə edən “C bölgəsi”nin idarə və təhlükəsizliyi isə İsrailə verilib./publika.az

mersin escort