Millətini düşünən , hər an xalqın yanında ola biləcək , yüksək mədəniyyətə sahib , gənc ziyalı namizəd- Kamil Eyyubov

Yəqin ki , Şamaxının vizit kartı olan Şeyx Eyyub baba haqqında eşitmisiniz ( Nəinki o bölgədə, hətta bütün ölkədə hamı Şıx Eyyub baba ziyarəti haqqında eşidib. Pir Şamaxı-Bakı yolunun 10-cu kilometrliyində Acıdərə (Hacı dərə) adlanan ərazinin yaxınlığında yerləşir. Şeyx Eyyub Babanın (1730-1796) nəsli Әrəbqədim kəndindəndir. Məzarı ziyarətgaha çevrilib. O, Azərbaycanın tanınmış sufi şeyxlərindən, övliyalarından biri olub. Şeyx Eyyub bir övliya kimi Şərq təsəvvüf tarixinə adını yazdıran azərbaycanlılardan biridir )
 
Həmin nəsildən olan , xalqını, millətini düşünən , hər an xalqın yanında ola biləcək , yüksək mədəniyyətə sahib , ziyalı ailəsindən çıxmış , gənc və eyni zamanda enerji dolu deputatlığa namizəd-Kamil Eyyubov üçün 9 Fevral tarixində öz dəstəyimizi əsirgəməyək…
Kamil Eyyubov 27 dekabr 1986-ci ildə Şamaxı şəhərində anadan olmuşdur.
1992-2003-cü illərdə Bakı şəhəri Nəsimi rayonu A.Rəhimov adına 247 sayli orta məktəbdə təhsil almışdır. 2003-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasının “İstehsal Proseslərinin Avtomatlaşdırılması” fakultəsinin əyani şöbəsinə ödənişsiz əsaslarla daxil olmuşdur. 2007-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin il Azərbaycan Dövlət Neft Akademiyasının “Robototexniki sistemlərin idarə olunması” ixtisası üzrə magistr pilləsinə ödənişsiz əsaslarla daxil olmuşdur.2011-ci ildə magistr təhsilini bitirmişdir.Bakalavr və magistr təhsili dövründə müsahibə yolu ilə Heydər Əliyev adına Neft Emalı Zavodu tərəfindən təqaüdə layiq görülmüşdür. 2013-cü ildə Naxçıvan Dövlət Universitetinin ,,Hüquqşunaslıq” fakültəsinə üzrə daxil olmuş, 2017-ci ildə universiteti bitirib hüquqşünas ixtisasına yiyələnmişdir .2018-ci ildən Sumqayıt Dövlət Universitetinin doktorantıdır. 2007-2008-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 2009-cu ildə gömrük organlarında xidmətə qəbul üzrə keçirilən test imtahanlarında Respublika birincisi olaraq Dövlət Gömrük Komitəsinə inspektor vəzifəsinə təyin olunmuşdur. 2009-2015-ci illər ərzində Dövlət Gömrük Komitəsində inspektor, böyük
inspektor və şöbə rəisi vəzifələrini icra etmişdir.2015-ci ildə öz təşəbbüsü ilə gömrük orqanlarında xidmətinə xitam verilmişdir.
Gömrük orqanlarına xidmətə qəbul üzrə özəl hazırlıq kursları təşkil edir.Hal-hazırda gömrük orqanlarında 200-ə yaxın tələbəsi zabit kimi fəaliyyət göstərir.
2019-cu ildən “EYYUBEYLİ-TİRE” MMC-nin direktorudur.
Rus və ingilis dillərini mükəmməl bilir.
Ailəlidir, iki övladı var.
9 fevral parlament seçkilərində Kamil Eyyubova uğurlar arzulayırıq.
Müstəqil.Az
mersin escort