80 saylı İmişli-Beyləqan dairəsinə daxil olan bütün dostlar…

Mənim seçki təcrübəmin yaşımın yarısından çox tarixi var.

İlk dəfə 18 yaşımda – 2000-ci ilin Parlament seçkilərində Independent Counseling and Support Center for Civil Society – nin (Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi) nümayəndəsi kimi, daha sonra 2002-ci ilin Referendumunda müxalif partiyalardan birinin nümayəndəsi kimi, 2005-ci ilin Parlament seçkilərində düputatlığa namizədin vəkili, təbliğat-təşviqat kompaniyasının rəhbəri kimi, 2008-ci ilin seçkisi və 2009-cu ilin referendumlarında iştirakımla müşayiət olunan bir təcrübə.

2013-cü ildə artıq “otboy” etmişəm. Tay-tuşum başlayanda mən artıq yolun sonuna varmışdım)) Sözümün canı odur ki, çox seçki görmüşəm,çox namizəd görmüşəm, ancaq heç vaxt qəlbimin səsinə, ağlımın, dünyagörüşümün qəbuluna uyğun olmayan birinin yanında olmamışam.

Bu seçkidə də namizədliyini verən dostlar çoxdur. Bu gün onlardan birinin barəsində fikirlərimi bildirmək istəyirəm. Çoxunuzun qalmaqallı statuslarıyla tanıdığı, fərqli düşüncə sahibi, istedadlı yazar, əsl publisist Kəramət Böyükçöl. Kəraməti yaxından tanıyan hər kəs bu statusun səmimiyyətinə inanacaq, qəbul etməyən, bəyənməyən, inanmayanlar da olacaq yəqin ki.

Bəli, Kəramət də seçiləndən sonra bütün başqa namizədlər kimi ilk imkanda torpaq alacaq, ev alacaq, imkan düşsə biznes də quracaq, yəqin ki, atasının avtomobilini dəyişəcək, özünə də birini alacaq. Amma mən əminəm ki, Kəramət seçildiyi dairənin hansısa kəndinin yolunun bərbad olduğunu görüb onun düzəldilməsi uğrunda çalışacaq, ona müraciət edən bir yetimdən ötrü 200 adama zəng edəcək, ölkə miqyasında ictimaiyyətin narazılığıyla qarşılanan istənilən məsələni çəkinmədən məclisdə səsləndirəcək.

Bu gün Kəramət seçiciləriylə görüşür, danışır. İnsanlar onu tanıdıqca sevirlər, inanırlar. Çünki səmimidir. Statuslarında, köşələrində, hekayələrində olduğu qədər, hətta ondan da çox. Mən 80 saylı İmişli-Beyləqan dairəsinə daxil olan bütün dostlara səslənirəm. Unutmayın ki, bu seçkidə bir Kəramət var! Və O səsləri saymır, eşidir!

mersin escort