Elçin Aslangil “Hz.İsanın Quranını” təqdim edəcək…

 

Müstəqil.Az  xəbər verir ki, Türkiyədə fəaliyyətə başlamış ASASMEDYA.İNFO saytının baş redaktoru, uzun zamandır qardaş ölkədə yaşayıb- yaradan tanınmış şair,yazıçı Elçin Aslangilin yeni kitabı çapdan çıxıb.

Hər zaman yaratdığı şeir,nəsr nümunələri ilə fərqlənən və sevilən müəllif bu dəfə də “Hz.İsanın Quranı” adlı yeni romanı ilə oxucularının görüşünə gəlir.

26 yanvar, saat 15:00-da  Kitabevim.az-da kitabın təqdimat mərasimi və imza günü keçiriləcəkdir.

Maraqlanan hər kəs dəvətlidir.

 

Müəllif kitabın ən sonunda belə qeyd edib:

“Doğuldu,yaşayır və öləcək.

Qəlbimizi açaq,Allah bizə gəlsin.”

“Varlıq sadəcə bir enerji titrəşimidir.Hər şey bir şeydir.

Bu bir növ Ruminin gizəminə bənzəyir.

Rumi deyirdi: “Musa və Firon, Məhəmmədlə Əbu Cəhl əvvəldə bir varlıq idilər.Eləki bu görüntü aləminə düşdülər,bir-biri ilə vuruşdular.Öləndən sonra yenə əsillərinə qayıdaraq vahid vücud oldular.”

Gəlin, bu gözəl gündə ədəbiyyat naminə ayrı vücudlarda döyünən vahid ürək olaraq Elçinin söz dünyasının incəliklərinə varıb yaradıcılıq dünyasının dərinliklərinə baş vuraq.

Müəllifə yaradıcılıq uğurları arzulayırıq!

 

 

Aysel Səfərli

Müstəqil.Az

mersin escort