Haqsızlığa, ədalətsizliyə, məmur özbaşınalığına göz yummamaq…

 Əliyeva Fərqanə Aydın qızı 1972-ci ildə Bakı şəhərində Yasamal rayonunda anadan olmuşdur.

Təhsilini 1978-1988-ci illər arasında Yasamal rayonundakı 21 saylı orta məktəbdə almışdır.

1988-1993-cü illər arasında N.Tusi adına ADPU-nun Filologiya fakültəsində təhsilini davam etdirmişdir.

1993-cü ildən ADPK-da pedaqoji fəaliyyətə başlamışdır.

2006-cı ildən AMEA-nın Folklor İnstitutunun dissertantı olmuşdur.

2011-ci ildə filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.

2014-cü ildə Qabaqcıl Təhsil İşçisi döş nişanı ilə təltif olunmuşdur. Kurikulum təlimçisidir.

Bir çox elmi məqalə, monoqrafiya, dərs və metodiki vəsaitlərin müəllifidir. 2019-cu ilin sentyabrında DİN-in Polis Akademiyasında dosent vəzifəsinə təyin edilmişdir.

 

  • seçicilərin problemlərinin ilk növbədə sistemli şəkildə həllinə nail olmaq;
  • Hər bir şəxsə qarşı edilmiş haqsızlığa, ədalətsizliyə, məmur özbaşınalığına göz yummamaq;
  • seçicilərə münasibətdə “Hər ailəyə ədalət, sevgi, qayğı…” prinsipinin həyata keçirilməsi;
  • sosial-iqtisadi problemlərin həlli məqsədilə Yasamal rayonunda iş aparmaq;
  • 15 saylı Yasamal I seçki dairəsinin ərazisində yerləşən insanların, xüsusilə gənclərin sağlamlığına xidmət edən “Məhsul” stadionunun yeni standartlara uyğun olaraq təmirinə nail olmaq;
  • “Könüllülər ili” ilə əlaqədar gənclərin könüllü olaraq iş təcrübəsi toplamasına, ali məktəbi bitirən müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, savadlı gənc kadrların işə cəlb olunmasına yardımçı olmaq, ümumiyyətlə, işsizliyin azaldılmasına dəstək olmaq;
  • təhsil və səhiyyə işçilərinin əmək haqlarının səviyyəsinin artırılması üçün təkliflərin hazırlanması;
  • təhsil haqlarının azaldılması ilə bağlı təkliflər hazırlamaq;
  • qadın zorakılığına qarşı qadınların yanında olmaq;
  • dövlətin elan etdiyi pulsuz səhiyyə xidmətinin gerçəkləşdirilməsi üçün ölkənin ali səhiyyə qurumları ilə iş birliyi qurmaq;
  • məktəblərdə informasiya kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsinə, steam təhsilin tətbiq edilməsi üçün maddi texniki bazanın yaradılmasına nail olmaq;
  • elmlə məşğul olan insanların həvəsləndirilməsi və elm adamlarına xüsusi imtiyazların tanınmasının diqqət mərkəzində olmasına çalışmaq;
  • ekologiyanın qorunması ilə bağlı təbliğat aparmaq;
  • mədəniyyət və insanlar arasında ünsiyyətin düzgün formalaşması üçün təbliğat aparmaq;
  • uşaq pullarının verilməsi, təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanması;
  • Yasamal rayonunda daimi qərargahın yaradılması;
  • seçicilərlə daima görüşlərin keçirilməsi;
  • deputatın qeydiyyat kitabçasının tərtib edilməsi və müvafiq təhlillərin aparılması

 

mersin escort