Xəstəxanalarda zəhər əleyhinə zərdab ehtiyatı gündəmdədir

Havaların isinnməsi ilə əlaqədar paytaxt Bakıda və bölgələrdə ilanların və zəhərli həşəratların sancması faktları çoxalıb.

Yay aylarında ilan və həşəratlar özləri üçün kölgəlik və sərin yerlər seçdiklərindən insanlar evlərin zirzəmilərində kölgəlik yerlərdə ehtiyatlı olmaları məsləhət görülür.

Bunula bağlı Mərkəzi Klinik Xəstəxananın taksokilogiya şöbəsinin müdiri Azər Maqsudovdan məlumat aldıq.

Azər Maqsudov əsasən bölgələrə istirahətə gedən və orada işləyən şəxslərə özünü qoruma vasitələrindən istifadə etməyi məsləhət gördü.

Bütün bu ilan sancma halları xəstəxanalarda zərdab ehtiyatı məsələsini gündəmə gətirir. Bəs ilan sancmaları zamanı insanlara vurulan zərdablar barədə nə bilirik?

Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat mərkəzindən bildirdilər ki, ilin əvvəlindən bu məsələ Nazirlik tərəfindən qaldırılıb və operativ işlər həyata keçirilir. Zərdablar bütün şəhər xəstəxanalarına, təcili tibbi yardım stasiyalarına, o cümlədən bütün rayon mərkəzi xəstəxanalarına verilmişdir. Həmçinin zərdabların kəndlərdə yerləşən tibb məntəqələrinə də paylanması nəzərdə tutulur. Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzindən verilən məlumata görə 90 ədəd zərdab ötən ildən qalıb və əlavə olaraq 450 ədəd zərdab sifariş olunub.

Dərmanlar Fransadan və Özbəkistandan gətirilir. Zərdab vaksinləri apteklərdə satılmır və ancaq həkim nəzarəti altında istifadə olunmalıdır. Sifariş olunan zərdab və vaksinlər Ümumdünya Səhiyyə təşkilatının sertifikasiyasından keçmiş müəssisələrdən alınır.

Qeyd edək ki, zəhərli ilanlara qarşı vurulan zərdablar təmənnasızdır.

40 baxılıb