Xəbər verdiyimiz kimi, iki gün əvvəl itkin düşmüş və bu gün tapılmış 3 yaşlı Zəhra Bağırzadə ailəsinə təhvil verilib. Uşaq yaşadığı evə gətirilib.
3 yaşlı Zəhra Bağırzadəni qaçıran qadın Masallı rayon sakini Təzəgül Nəzərovadır. O, Nizami rayonu ərazisində polis əməkdaşları tərəfindən Zəhra ilə birlikdə saxlanılıb.
Moderator.az xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, həmin qadın dilənçiliklə məşğuldur.
Videodan da göründüyü kimi, həmin qadın evlərinin önündən qaçırdığı Zəhrayla birlikdə küçədə dilənir.

172 baxılıb