Ötən gün UEFA Millətlər Liqasının yarımfinal oyunlarından biri keçirilib.

Müstəqil.Az-n məlumatına görə, ilk yarımfinalda Portuqaliya yığması iləİsveçrə yığması qarşılaşıb. Oyun Portuqaliyanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda qolları K.Ronaldo (25-ci, 88-ci və 90-cı dəqiqələ) və R.Rodriges (57-ci dəqiqə) vurublar.

Qeyd edək ki, Portuqaliyanın finaldakı rəqibi iyunun 6-sı İngiltərə və Niderland arasında keçiriləcək görüşdən sonra bəlli olacaq. Final iyunun 9-u Portu şəhərində baş tutacaq.

Müstəqil.Az

80 baxılıb