Polis saxladığı vətəndaşın başını avtomobilin təkərinin qarşısına qoyub və sürücüdən onu sürməyi tələb edib. Avtomobil hərəkətə gəlib və vətəndaş son anda təkərin altından çıxarılıb.

Müstəqil.Az Teleqraf.com-a istinad edərək xəbər verir ki, dünya Avstriya polisinin öz tarixinin ən dəhşətli işgəncəsinə şahidlik edir.

Paytaxt Vyanada keçirilən aksiya zamanı polisin saxladığı bir vətəndaşı avtomobilin altına uzadıb.
Saxlanılan şəxsin baş nahiyəsini təkərin altına qoyan polis əməkdaşları həmkarından maşını sürməsini tələb edib. Avtomobil hərəkə düşür və şəxsin başı son anda təkərin altından çıxarılır. Bu anda vətəndaşın səsi ətrafı bürüyür.

Hələlik hadisəyə Avstriyanın böhranla üzləşən hökuməti reaksiya verməyib, amma insanlar baş verənləri psixoloji və fiziki işgəncə adlandırır.

Müəllif: Cavad
100 baxılıb