Dövlət Gömrük Komitəsinin Akademiyasında 2019-2020-ci tədris ilindən başlayaraq “İnformasiya təhlükəsizliyi” ixtisasına qəbul aparılacaq.

Bu haqda Müstəqil.Az-a  Akademiyanın İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat daxil olub.

Məlumatda bildirilir ki, Akademiyada növbəti tədris ilindən etibarən II ixtisas qrupu üzrə “İqtisadiyyat”, III ixtisas qrupu üzrə “Hüquqşünaslıq” ixtisasları ilə yanaşı, I ixtisas qrupunda “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə də qəbul həyata keçiriləcək.

Eyni zamanda, 2019-2020-ci tədris ilindən başlayaraq Dövlət Gömrük Komitəsinin Akademiyasında ilk dəfə magistratura səviyyəsinə də tələbə qəbulu aparılacaq. Akademiyanın magistratura pilləsinə qəbul Dünya iqtisadiyyatı – Gömrük işiHüquqşünaslıq – Beynəlxalq hüquq ixtisasları üzrə həyata keçiriləcək, – məlumatda bildirilir.

Müstəqil.Az

 

62 baxılıb