ABŞ-da yaşayan azərbaycanlı həkimlər bir araya gələcəklər

Bu gün ABŞ-ın Vaşinqton şəhərində həmyerlimiz, həkim-cərrah Rauf Şahbazovun rəhbərlik etdiyi “Azerbaijani American Medical Association” təşkilatının konfransı keçiriləcək. Konfransda ABŞ-da çalışan azərbaycanlı həkimlərlə yanaşı, Kanadadan, Avropadan, eləcə də ölkəmizdən dəvət olunan həkim soydaşlarımız da iştirak edəcəklər. Konfransın məqsədi ABŞ-da yaşayan həkimlərimizin bir-biri ilə tanışlığı, o cümlədən gündəlikdə öz əksini tapmış məsələlərin müzakirəsi olacaq. Konfransın keçirilməsinə əsas səbəb isə Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməyin yollarını araşdırmaqdan ibarətdir.

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

La imagen puede contener: rayas y cielo
77 baxılıb