“Los Del Fuego” adlı musiqi qrupunun solisti səhnədə həyatını itirib.

Müstəqil.az Teleqraf.com-a istinadla xəbər verir ki, Argentinada konsert zamanı Xuan Karlos Maşeroni infarkt keçirərək yerə yıxılıb.

Həvəskar kameralara düşən görüntülərdə ifaçının büdrəyərək yıxıldığı görünür.

59 yaşlı solistin dünyasını dəyişdiyi bildirilir.


Müstəqil.az
128 baxılıb