Meyxoş ABDULLAH

8 may 20… – ci il… saat 11-30. Keçiriləcək bayram tədbirinin başlanmasına yarım saatdan bir qədər artıq vaxt qalmışdı…. O, qayalıqların arasına pərçimlənərək “ovunu” gözləyirdi…
Günəşli hava idi. İki gündənbəri yağan şıdırığı yağış kəsdikdən sonra, yandırıcı günəşin şüaları qalın meşəni bürümüş qatı dumanın üstünə düşərək bərq vururdu. Hava təmiz, ürəkaçan olsa da, onun burnuna aradabir erməni qoxusu gəlirdi. Bu qoxunu o, iyirmi səkkiz il bundan qabaq, Şuşanı tərk edən zaman hiss etmişdi. Onda Odyurdun 15 yaşı vardı. Indi isə o, qırxüç yaşın içindəydi. Hərbi hissələrin birində qulluq edirdi, rütbəcə kapitan idi.
Neçə illər idi ki, beynini didib parçalayan bir planı həyata keçirmək istəyirdi. Amma cürət etmirdi. Ailə, uşağını göz önünə gətirəndə bir anlıq da olsa fikrindən daşınırdı. O da insan idi yaşamaq istəyirdi. Lakin Şuşanın işğal olunmasının iyirmi yeddinci il dönümündə düşmənlərin onun vətənində keçirtdikləri atəşfəşanlıq, qələbə bayramı Odyurdun içini elə sızlatmışdı ki, o özünə gələ bilmirdi.
Düşmənin taktikası hərbi gücündən çox üstün idi. Bu bayram tədbirlərini keçirməkdə məqsədləri, ordunun pərakəndə və ölmüş ruhunu oyatmaq idi. Düşmənin başbilənləri demək istəyirdilər ki, bu torpaqların əzəli sakinləri siz düşündüyünüz qədər də güclü adamlar deyillər. İnanmırsınızsa baxın, öz gözlərinizlə görün ki, biz onlardan güclüyük, qüdrətliyik. Güclüyük ki, onlardan aldığımız torpaqlarda bayram şənlikləri təşkil edirik. Cürətləri varsa burunlarını bayıra çıxararıb keçitdiyimiz bayram şənliklərinə tamaşa eləsinlər. Görsünlər ki, kim güclüdür?
Odyurd düşmənin bu niyyətini yaxş anayırdı. Bir şeyə peşiman idi ki, niyə görə neçə illər bundan qabaq beynində düzüb, qoşduğu bu planı həyata keçirməkdə yubanırdı. Amma bunun bir səbəbi vardı, o da hər gün gözlənilən hücum əmri idi. Hücum əmri isə hələ ki, verilmirdi.
Hər ay keçirilən hərbi hazırlıqların da bir nəticəsi olmurdu. Alınan silahlar anbarlarda qalıb pas atmışdı, insanların qəlbindəki unutqanlıq kimi. Aradabir ağır texnikaların, top, tüfənglərin ön cəbhəyə çıxardılıb nümayiş etdililməsi də əzələ nümayişindən başqa bir şey deyildi.
Xalqın dişi bağırsağını kəssə də, hakim qüvvə hələ ki, səbr edərək, acı bağırsaq kimi uzanan bu müharibə məsələsində sözü siyasətçilərə vermişdi. O siyasətçilər ki, ölkəni, xalqı hələ neçə illər bundan qabaq öz burunlarından uzağa getməyən siyasətləriylə məhvə yuvarlatmışdılar. Çox-çox illər bundan qabaq televiziyada nümayiş etdirilən kəsilmiş erməni qulağıyla, erməni başının şousu minlərlə insanların başının, qulağının kəsilməsi və dərisinin soyulmasıyla nəticələndi. Amma həmin siyasətçilər də “mükafarsız” qalmadılar. Düşmənlər həmin siyasətçilərin boş və hədyan danışdıqlarına görə onların dədə-baba görgahlarını ayaqyolulardan daşınan nəcislərlə murdarladılar. Bu idi onların siyasətinin acı nəticəsi.
Bütün silahlarla təhciz olunmuş ordu hissələri “H” hərbi hissə, yəni məxvi hissə adlandırılsa da, lakin alınan silahların markasına və hansı ölkədən alınmasına qədər hamıya, hətta düşmən kəşfiyyatına da məlum idi. Ordunun sirrini kartofsatanlar və aşbazlar ön cəbhədə olan bəzi zabitlərdən yaxşı bilirdilər. Buna görə də, 2016- cı ilin aprel ayının döyüşlərində itkilərin əsas səbəbi düşmənə satılmış bəzi zabitlərin xəyanəti oldu. Amma bunlara baxmayaraq ordu müharibəyə hazırlaşırdı.
Müharibədə silah əsas döyüş vasitəsi olsa da, amma ən mühimi insan amili, onun qəlbindəki vətən sevgisi və ruhi idi. Bu ruh isə xalqın yarıdan çoxunda ölmüşdü…
Düşmən tərəfi bunları çox gözəl bilirdi. Ona görə də, düşmən komandirinə verilən bir jurnalist sualına onun cavabı çox maraqlı olmuşdu. Jurnalist sualında soruşmuşdu: – “Komandir, doğrudurmu, işğal olunmuş torpaqların sahibləri yaxın vaxtlarda hücuma keçib torpaqlarını azad etmək istəyirlər?!”
Düşmən komandiri çox soyuqqanlılıqla və gülə-gülə: -“ Biz bu sözləri iyirmi yeddi ildir ki, onlardan eşidirik. Narahat olmayın, iyirmi yeddi il də bundan sonra eşidəcəyik”- demişdir.
Bir millətin ki, ürəyində var-dövlət azarı, canında qorxu xofu oldu, onun gözündə vətən, torpaq hissi ölür. O hissi diriltməsən, o dövlət ömrünün sonuna kimi başqa dövlətlərin yemi olacaqdır. Bu fikrin ağrısını çəkən insanların isə susmaqdan başqa bir çarələri yox idi.
Odyurd bir ildi ki, bu planın üzərində baş sındırırdı. Bu barədə o heç kimə bir kəlmə də olsun söz deməmişdi. Artıq o, bu planı yerinə yetirməyə hazır idi. Anasının ölümayağında olmasını bildirərək, xidmət etdiyi hissədən iki həftəliyə icazə də almışdı. Qabaqcadan hərbi hissədən götürdüyü iki ədəd əl qumbarasını, bir ədəd avtomat və bir ədəd snayper silahını götürərək gecəykən evinə qayıtdı.
Hərbi hissədən ayrılarkən özünə yaxın bildiyi hərbiçi dostlarıyala, komandiri olduğu əsgərlərlə görüşdü. O bilirdi ki, getdiyi yol ağır bir yoldur və bu yoldan o bir daha geri qayıtmayacaqdır…
Odyurdun atası Şuşanın işğalı zamanı düşmənə əsir düşərək, vəhşicəsinə öldürülmüşdü. Bacısı və iki qardaşı da itkin düşmüşdü. Sonradan məlum oldu ki, qardaşları da düşmənlər tərəfindən öldürülübdür. O vaxt on yeddi yaşı olan böyük bacısı Zəhra, əsir düşdükdən sonra, bir həftə düşmən əsgərləriylə dolu olan kazarmada saxlanılmış, sonra isə əlli yeddi yaşlı ruhi xəstə olan dəli bir erməniyə ərə verilmişdi. Ərinin, övladlarının bu halına dözə bilməyən Odyurdun anası Mədinə arvad o vaxtdan yorğan-döşəkdə xəstə yatırdı.
Odyurd evdən çıxanda həyat yoldaşına anasından, iki oğlundan muğayat olmasını tapşırdı. Həyat yoldaşının; – bəs, sən hara gedirsən sualına? – İki həftəliyə döyüş təliminə gedirik, narahat olma, qayıdacağam – dedi.
Həyat yoldaşı Tahirə ərinin belə təlimlərdə tez-tez olduğunu bilərək, bu barədə əlavə bir söz soruşmadı. Sadəcə olaraq, ərinin gözlərinin içinə baxıb: – Özündən muğayat ol, çalış tez qayıt – dedi.
Axşamdan bir qədər keçmiş götürdüyü əşyaları hərbi hazırlıqlar üçün istifadə olunan iri brezent meşoka doldurub, kürəyinə aşırdı. Özüylə bir-iki günlüyə ərzaq da götürdü. Yola düşərkən oğlanlarının alnından öpdü.
– Bəs, səndən necə xəbər tutaq? – deyə həyat yoldaşı yavaşca soruşdu.
Odyurd həyat yoldaşının gözlərinin içinə baxaraq xəfifcə gülümsədi.
– Bu gün ayın beşidir. Ola bilsin sabah, birisi gün, lap geci ayın səkkizində xəbər tutacaqsınız. Nə xəbər? – deyə arvadı maraqla soruşdu.
– Böyük bir xəbər, – deyə Odyurd gülümsədi
– Düzünü de, müharibə başlayır?
Odyurd həyat yoldaşını sakitləşdirərək:
– Bilmirəm, müharibə nə vaxt və haçan olacq? Yəqin lazım gəlsə olacaq!.. Amma onu bilirəm ki, mənim getdiyim bu səfərdə yatmış vicdanların oyanışı olacaq. O, oyanış müharibədə qazanılan qələbədən də böyük bir uğur olacaqdır.
Həyat yoldaşı ərinin bu ikibaşlı sözlərindən heç nə anlamadığından gözlərini döyə-döyə qaldı.
Odyur uşaqlarının yan otaqda olmasından istifadə edərək, həyat yoldaşının çiyinlərindən yapışıb özünə tərəf çəkdi və onu sinəsinə sıxaraq dodaqlarından bərk-bərk öpdü.
– Dəlisən?.. Sənə nə olub? – deyə həyat yoldaşı gülümsədi.
– Heç, sənin üçün darıxacağam.
Odyurd evdən çıxanda gecə saat on radələri idi. O bacardığı qədər səhər açılana kimi düşmənin əsarətində olan Şuşa torpağına girməliydi. Neçə illərin hərbiçisi idi, basdırılan mina sahələrinin hansı kordinatlarda olduğunu bilirdi. Bacardığı qədər su hövzələrinin içiylə, sonra isə gediş, gəliş zonalarına girməmək şərtiylə ayaq basılmayan yerlərlə irəlləməli idi. Dəfələrlə kəşfiyyata çıxmışdı. Gecə vaxtı necə hərəkət etmək qaydalarını bilirdi. Düşmənin qurduğu istehkamların və mühfizə olunan yerlərin də sxemini hazırlamışdı. O bilirdi ki, keşikçi və hərbi hissələrin olduğu ərazilərdən başqa bütün sahələr bom-boş idi. Elə yerlər var idi ki, heç ora düşmən ayağı belə dəyməmişdi.
O səhər açılana qədər irəlilədi. Qisas hissi qorxu hissini üstələmişdi. Kəşfiyyatçının əsas işi qorxu hissini özündən kənarlaşdırmaqdır. O gözüylə düşməni axtarmalı, sanki qaban ovuna çıxmış kimi uğurlu ovunun iysini hiss etməli idi. Hər an düşmənlə qarşılaşacağına hazır olmalı və bunu arzulamalı idi. Keçdiyi hər bir çığırda, hər bir ağcın arxasında düşmənin gizləndiyini hiss etməliydi.
Güclü yaz yağışının yağması onun işini bir az da asanlaşdırmışdı. Belə vaxtlarda yol, irzlərdə sakitlik olurdu.
Səhər işıqlananda artıq o, öz mövqeyini seçmişdi. Sal bir qayanın döşündə iri daşlar arasında dizə çöküb oturdu. Bərk yorulmuşdu. Şehli otlar, aramsız yağan yağış onu möhkəmcə üşütmüşdü. Amma ürəyi isti idi.
Kürəyindəki iri əsgər torbasını aşırıb yerə qoydu. Sukeçirməz əsgər gödəkçəsinin altında, boynundan asdığı qısalülə avtomat silahını çıxarıb yanına qoydu. Canı bir az rahatlandı. Axşam düşənə qədər burada gözləməli idi.
Yağış bir az ara versə də göyün üzü qara buludlarla doluydu. Hiss etmək olurdu ki, yenidən yağış yağacaqdır. Heç nə barədə düşünmürdü, təkcə qurduğu planın yerinə yetirilməsi onu maraqlandırırdı. Bunu bacara biləcəyəmmi? – düşünürdü.

Görüntünün olası içeriği: 1 kişi, ayakta ve açık hava
Ətraf sakitlik idi. Qatı dumandan uzaq məsafələr görünməsə də, ara-sıra ağır yük maşımnlarının səsi eşidilirdi. -Maşınlar yəqin ki, Cıdır düzündə keçiriləcək bayram şənliyinə lazım olan əşyaları daşıyırlar, – deyə o, öz-özünə düşündü..
Günortaya yaxın yağış yenidən başladı. Bu dəfə daha güclü yağırdı. Yağışın yağmasına Odyurd sevinsə də, fikirləşirdi ki, belə davam etsə, ola bilsin ki, açıq havada keçirilən bayram şənliyi təxirə salına bilər. Çünki onun aldığı məlumata görə bayram şənliyi səkkiz mayda Cıdır düzündə keçirilməliydi.
Möhkəmcə açmışdı. Dünən gecədən ağzına bir loxma da olsa çörək qoymamışdı. Heybəsinin yan cibindən evdən götürdüyü pendir, çörəyi çıxartdı. Çörəkdən böyük bir dürmək kəsib ağzına basdı və udquna-udquna yeməyə başladı. İri çörəyin yarsını, artıq yeyib qurtarmışdı. Sonra götürdüyü suyu yarıya qədər içdi. Axşam düşməsini gözləyirdi. O yerini dəyişib, Çıdır meydanına yaxın bir yerdə mövqey tutmalı idi.
Uşaqlığı bu yerlərdə keçdiyinə görə hər dərəyə, daşa bələd idi. Üstündən iyirmi səkkiz il ötürdü. Bu illər ərzində çox şeyin yeri dəyişə bilərdi. Çünki düşmənlər Şuşa şəhərini, guya yenidən qurmaq üçün əlavə xeyli vəsait ayırmışdılar. Xarici jurnalistlərin Şuşadan yayımladığı reportajlara görə tarixi abidələrin forması tamamilə dəyişdirilib, tanınmaz hala salınmışdı. Düşmənlərin havadarları olan xarici dövlətlər isə, bu səfalı məkanın təbiətinə görə bura milyardlarla pullar xərcləyərək xeyli dəyişdirmişdilər. Amma fikirləşdi ki, nə qədər dəyişiklik olsa da, iri sal qayaları ki, söküb aparmayacaqdılar ki…
Artq hava qaralırdı. Yağış isə get-gedə gücləşirdi. Odyurd bir az da gözlədi. Ətrafa tamam qaranlıq çökdü. O uzandığı yerdən qalxaraq qayalıqdan endi və ancaq daşlıq olan ərazilərlə irəliləməyə başladı. Buralar keçib gəldiyi yerlərdən bir az təhlükəsiz idi. Ona görə ki, bu ərazilər Cıdır düzünə çox yaxın olduğuna görə, minaların basdırılma ehtimalı az ola bilərdi. Çünki yaz-yay aylarında uzaq yerlərdən bu mənzərələri seyr etməyə gələn turistlərin sayı həddən artıq çox olurdu. Amma necə olsa, torpaqlar düşmənin əlində idi, hər addımda ehtiyatlı olmaq lazım gəlirdi.
Gecə olmasına baxmayaraq Odyurd bu yerlərin hər qarışına bəldə olduğu üçün arxayın idi. O, Topxana ilə Cıdır düzünü iki yerə ayıran çaya tərəf enib irəlilədi. Bir qədər getdikdən sonra yuxarı iri qayalıqların olduğu bir yerdə dayandı. Artıq hər şey çox yaxında idi. Odyurd bu yerləri yaxşı tanıyırdı. O vaxtlar atasıyla tez-tez gəlib burada quzu kababı yedikləri yerləri xatırladı. Canına təpərti gəldi. Özünü daha qüvvətli hiss etməyə başladı. Doğma torpağın gücü-qüvvəti gəldi onun dizlərinə. Özünü bu yerlərin sahibi kimi hiss etdi. Bu dəqiqə onun üzərinə bir bölük düşmən əsgərləri gəlsəydi belə, hamısını bir həmlədə məhv edərdi. Amma səbrli və ehtiyyatlı olmalıydı. Yalnış bir hərəkəti onun planlarını puç edə bilərdi.
Gecə yarıdan keçəndən sonra yağış da kəsdi. Buludlar arxasından təkəmseyrək ulduzlar görünməyə başladı. Bir azdan ay da doğdu. Bu mənzərə ona elə tanış gəldi ki, elə bil, olub-keçənlərin üstən bu qədər vaxt ötməmişdi. Burnuna ayağı altında qalıb əzilmiş yaşıl otun iyi gəldi. Tanış biçənək iyi, bir də yaxınlıqdakı şırıltıyla axan dağ çayının səsi onun ürəyini sızlatdı…
Çox sakitlik idi. Elə bil bir gün sonra burada bayram şənliyi təşkil olunmayacaqdı. Axı, bizdə bayrama bir neçə gün qalmış elə hay-həşir salınırdı ki, elə bil, böyük bir qələbəni bayram edirik. – Bu köpəy uşağının hər işi belədir. Tülki kimi min ölçüb, bir biçirlər ki, sonra peşiman olmayalar, – deyə Odyurd düşündü.
Səhər açılırdı. Sübhün soyuğu canına elə işləmişdi ki, dişi-dişinə dəyirdi. Yaxınlıqdakı qayalığın arxasına keçib özünə mövqe tutmalıydı. Bu son dayanacaq olacaqdı. Əyilə-əyilə amma sürətlə qayalığa tərəf götürüldü. Qayalığın arxasına keçəndən sonra, bir müddət sakitcə ətrafa qulaq kəsildi. Hər tərəfdə sakitlik höküm sürürdü. Ətraf işıqlaşdığından yaxınlıqdakı bəzi şeyləri görmək olurdu. Burada bir neçə dəbdəbəli binalar tikilmişdi. Keçmiş yeməkxanadan isə əsər əlamət qalmamışdı.
Bir gün burada qalmalı idi. Bayram səhər, mayın səkkizində olacaqdı. Qorxu hissi olmasa da bərk həyəcanlı idi. Bu iş baş tutacaqdımı?- düşünürdü.
Səhər artıq açılmışdı. Hava soyuq olsa da tərtəmiz idi. Yavaş-yavaş qalxan günəşin gözqamaşdırıcı şüaları onun gizləndiyi qayalıqlara da düşmüşdü. İki daşın arasına pərçimlənib oturmuşdu. Qara, sukeçirməz əsgər gödəkçəsini əynindən çıxararaq altına sərmişdi. Əynindəki zolaqlı hərbi forma onu daşların arasında görünməz edirdi. Ətrafa göz gəzdirdi. Gözünə otlaların arasında tanış bir şey dəydi. Xarı bülbül idi. Elə qəşəng açmışdı ki… Kövrəldi. Uşaq vaxtı ondan o qədər yığıb sinif qızlarına hədiyyə etmişdi ki… Xarı bülbülün bu illər ərzində ona bu qədər əziz olacağını heç ağlına gətirməmişdi. Astaca pıçıldadı: – Bax, mən gəldim Xarı bülbülüm. Məni tanıdınmı? Bizlər üçün qəribsəmişdinmi, darıxırdınmı? Səndəmi burada əsirsən? Sənidəmi incidirlər?
Sonra nə fikirləşdisə öz -özünə pıçıldadı: – Sən ki, Vətəndəsən, Xarı bülbül. Sən ki, biz vəfasızlar, üzüdönüklər kimi Vətəni tərk etmədin? Sən niyə darıxasan?
Get-gedə Cıdır düzünə toplaşan adamların sayı artırdı. Maşınlarla ancaq ərzaq daşıyırdılar. Axı, bayram idi, top-tüfəng ki, daşımayacaqdılar. Maşından boşaldılan donuzların çoşkaların çığırtısı ətrafı bürümüşdü.
İri avtobuslarla adamlar daşınıb gətirilirdi. O qədər adamın içində bir neçə hərbiçi gözə dəyirdi. Onlar da silahsız idilər. İyirmi səkkiz ilin sakit həyat tərzi düşmənləri elə arxayınlaşdırmışdı ki…
Bir azdan havada bir vertalyot göründü. Vertalyot Cıdır düzünün üstə bir neçə dəfə dövrə vurub yerə endi.
Vertalyotun pərlərinin küləyi o qədər güclüydü ki, Odyurdun gizləndiyi qayalığa qədər də gəlib çatdı. Gözünün qarşısında bitən Xarı bülbül titrədi. O boynunu Odyurda tərəf elə əydi ki, dili olsaydı, – qorxuram, məni qucağına al, – deyərdi.
Odyurd indi anladı ki, Xarı bülbül də bu neçə ili düşməndən qorxub titrrəyirmiş. Demək, bu vəfalı gül də əsir imiş, o da vətənsizmiş onlar kimi… Vətəndə, Vətənsiz…
Vertalyotdan ona qədər böyük rütbəli adamlar düşdü. Odyurd onlardan birini o dəqiqə tanııdı, işğalçı dövlətin baş naziri idi. Onun yanında bir nəfər general da vardı. Yəqin, bu general; – hələ dənizə qədər irəliləyəcəyik, – deyən, müdafiyə naziri idi. Baş nazirin xanımı və oğlu da onun yanında idilər. Əlavə keçisaqqal bir kişi də vardı onların arasında. Bu keçisaqqal kişi həmişə düşmənlərin tərəfini saxlayan rus siyasətçisi idi. Və bir neçə cangüdən.
Odyurd snayper tüfəngini çantadan çıxarıb hazırladı. İşlər hələ ki, qaydasınca gedirdi. Onlar çox arxayın halda ətrafı dolaşır, zarafatlaşırdılar. Məsafə 150-200 metr olardı. Hədəf aydınca seçilirdi. Hətta, baş nazirin sevincdən parlayan gözlərini də Odyurd görürdü.
Camaat onları dövrəyə alıb alqışlayırdılar. Baş nazir əl-qol ölçə-ölçə qələbədən danışırdı.
Odyurd təmkinini pozmadan hədəfə birinci onu götürdü.
Şənlik başlad. Onlar məşhur konyaklarından vurduqca deyib, şənlənirdilər. Hətta, baş nazir ətrafında olan cangüdənlərə və əsgərlərə də öz əliylə konyak süzürdü.
Snayper tüfənginin böyüdücü şüşəsində Odyurd onları bir metr məsafədə olduğu kimi apaydın görürdü. Tüfəngi sinəsinə sıxdı. Baş nazirin başını hədəf aldı. Tətiyi çəkən kimi baş nazir bir neçə metr arxaya sıçradı. Odyurd elə zənn etdi ki, o duyuq düşüb güllədən yayınmaq istəyir. Amma onun əynindəki ağ köynəyinin bir anın içində qıpqırmızı qana boyanması və onun yerə dəyib çabalamasından gördü ki, hədəf məhv edilibdir. Baş nazir üzüqoylu yerə yıxılaraq, dırnaqlarıyla torpağı didirdi. Yəqin, işğal etdiyi bu torpaqları son nəfəsində də əlindən vermək istəmirdi…
Qəfil güllə səsinə hamı donub qalmışdı. İkinci hədəfi müdafiə naziri idi. Güllə açılan kimi, nazir əlini ürəyinin üstə qoymağa macal tapmadı və yerə sərələndi.
Keçisaqqalı siyasətçinin ağzını nişan aldı. Güllə açılan kimi, o, ayı kimi nərildədi.
Elə bu vaxt cangüdənlər və hardansa peyda olan bir bölük əsgər Qayalığa tərəf atəş açmağa başladılar. Güllələr qayalığa dəyib ulayırdı.
Odyurd hərbi formada olan baş nazirin oğlunu nişan aldı. Nazirin oğlu bir müddət bundan qabaq orduya çağrılmış və Xankəndində hərbi qulluqda idi. İndi isə atasıyla birlikdə bayram təbrikinə qatlmışdı. – Sənin bayramını qara gətirəcəyəm, it köpək oğlu. Siz minlərlə mənim kimi insanların gəncliyini məhv etmisiniz. Gəbər indi, erməni köpək oğlu – deyib tətiyi çəkdi. Nazirin oğlu dizə çökdü. O, bir müddət dizləri üstə beləcə dayanaraq, sonra böyürü üstə aşdı. Nazirin arvadı ani baş verən çaxnaşmadan özünü itirərək, ora-bura qaçaraq, qancıq it kimi ulayırdı.
Tezliklə hər yan əsgərlərlə dolmuşdu. Güllələr yağış kimi yağırdı. Havaya qaldırılmış hərbi vertalyotlar qayalığa dayanmadan mərmilər endirirdilər. Elə bu vaxt sal qayanı iki yerə parçalayan mərmi Odyurdun iki qıçını toğuqdan üzdü, qan onu aparırdı. Ağrıdan bütün bədəni sızım-sızım sızlayırdı. Dişlərini bir-birinə sıxaraq o dözürdü. Ona tərəf atılan güllələr ot-ələfi biçərək ətrafa səpələyirdi. Odyurd sinəsinin üstünə düşüb qalmış Xarı bülbülü gördü. O da qana boyanmışdı…
Odyurdun halı get-gedə pisləşirdi. Amma o gülümsəyirdi… Sinəsində ürəyi sevincindən az qalırdı ki, köksünü dəlib çıxsın. – Demək, bayramlarını qara etdim… – deyə pıçıldadı. Sonra o, düşmənin əlinə keçməsin deyə, son anda əlindəki qumbaranı partlatdı. Qayalar parça-parça olub onun üstünə töküldülər…
… Cıdır düzü heç vaxt belə atəşfəşanlığın şahidi olmamışdı. Burada böyük bayram idi. Yatmış vicdanın oyanışı başlamışdı Cıdır düzündə… Otuz iki il bundan qabaq, elə burada, Topxana meşəsini düşmənlər qıranda bir xalqın ruhu və vicdanı mürgüləmişdi… İndi o vicdan və ruh oyanmağa başlayırdı…
47 baxılıb