Prezident İlham Əliyevin Respublikada sahibkarlığın inkişaf etdirilməsi, yerlərdə sahibkarlara əlverişli şərait yaradılması barədə tapşırıqları Göyçay rayonunda da diqqət mərkəzində saxlanılır. Bu gün Göyçayda sahibkarların daha da yaxşı işləmələri, yerli xidmət müəssisələrinin və iş yerlərinin açılması üçün hər cür şərait yaradılır.
 
10 may 2019-cu il tarixdə rayonda daha bir sahibkarlıq obyektinin açılışı oldu. “32 Dent” adlanan özəl diş klinikası rayonumuzda sahibkarlığın inkişafına göstərilən dəstəyin daha bir əyani göstəricisidir. Klinika müasir standartlara uyğun tibb avadanlıqları ilə təchiz edilmiş və müştərilərə yüksək xidmət göstərmək üçün lazımi şərait yaradılmışdır.
Göyçayda “32 Dent” adlanan özəl diş klinikası açıldı.
Açılış mərasimində çıxış edən rayon İcra Hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə Dövlət Başçısının rəhbərliyi ilə ölkədə quruculuq-abadlıq işlərinin geniş vüsət aldığını, digər şəhər və rayonlarda olduğu kimi, Göyçay da iqtisadiyyatın sürətlə inkişaf etdiyini, rayonda yeni istehsal, emal və infrastruktur sahələrinin yaradıldığını, bu sahədə sahibkarların rolunun daha da artdığını qeyd edib.
Sonda özəl diş klinikasının açılışını bildirən rəmzi qırmızı lent kəsildi və tədbir iştirakçıları burada yaradılan şəraitlə tanış oldular.
82 baxılıb