Şuşanın işğalından 27-il ötür.
 
Bu münasibətlə Göyçay Gənclər Mərkəzində tədbir keçirilib. Əvvəlcə vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhu böyük hörmətlə bir dəqiqəlik sükutla yad edilib.
 
Mərkəzin direktoru Anar Nağıyev çıxış edərək qeyd edib ki, Şuşanın işğalı zamanı erməni vandalları buradakı minlərlə eksponatı olan muzeyləri talan edib, yüzlərlə tarixi abidəni dağıdıb, müqəddəs məbədgah və məscidləri təhqirlərə məruz qoyub, çox sayda nadir əlyazma nümunələrini məhv edib, təhsil və səhiyyə ocaqlarını xarabazarlığa çeviriblər. Şuşa şəhərində yaşayan 24 900 nəfər əhali işğaldan sonra məcburi köçkünlərə çevrilib.
 
Aprel döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi qəhrəmanlıqlardan danışan direktor, ordumuzun hər an işğal olunmuş torpaqlarımızı düşməndən azad etməyə qadir olduğunu qeyd edib. O, düşmən tapdağı altındakı bütün torpaqlarımızın, o cümlədən Şuşanın işğaldan azad ediləcəyi günün uzaqda olmadığını vurğulayıb.
 
Sonra Uşaq inkişaf Mərkəzinin şagirdlərinin vətənpərvərlik ruhunda çəkilən rəsm sərgisi ilə tanış olan gənclər, mərkəzin “Sinema club”unda nümayiş olunan “Xüsusi təyinatlı İbad” filminə tamaşa ediblər.
131 baxılıb