Tovuz rayonunda su anbarında batan şəxsin meyiti tapılıb.

Rayonun Yuxarı Öysüzlü kənd sakini, 1950-ci il təvəllüdlü Vidadi Allahverdi oğlu Dilənovun meyiti Vahidli kəndi ərazisində olan Tovuzçay su anbarında tapılıb.

Faktla bağlı araşdırma aparılır. (report)

***

Tovuzda 1 nəfər su anbarına düşüb.

FHN-dən  verilən məlumata görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Belə ki, Tovuz rayonunun Vahidli kəndində Tovuzçay su anbarına düşdüyü ehtimal olunan 1950-ci il təvəllüdlü Dilənov Vidadi Allahverdi oğlunun axtarışlarının aparılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Hazırda Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

***

Tovuz rayonunda itkin düşən kişinin göldə batmasına dair ehtimallar dəqiqləşib.

Müstəqil.az “Report”a istinadən xəbər verir ki, 1950-ci il təvəllüdlü Dilənov Vidadi Allahverdi oğlunun rayonun Vahidli kəndi ərazisindəki süni göldə (Tovuz çay su anbarı) batdığı məlum olub.

Hazırda onun axtarışları davam edir. Əraziyə Fövqəladə Hallar Nazirlyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə qüvvələri cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Müstəqil.Az
169 baxılıb