İstanbul Tuzlada iki ildir küçə heyvanlarını kəsib yeyən Fatma Ç. əvvəlki gün də bir küçə itini özünə qurban seçib.Müstəqil.Az Metbuat.az və türk mediasına istinadla xəbər verir ki, Fatma Ç küçə itinin boğazına bıçaq sancdığı zaman, heyvanın acı qışqırıqlarını eşidən vətəndaşlar hərəkətə keçib.

Tutulacağını anlayanda qaçan Fatma Ç, Talıblı Polis briqadası tərəfindən saxlanılıb.

Qan itirən yaralı it isə İstanbul Böyükşəhər Bələdiyyəsinin Tepeören Sahibsiz Heyvan Müvəqqəti Bakımevində müalicəyə alınıb.

İstanbul Anadolu Ədalət Sarayında hakim qarşısına çıxarılan Fatma Erenköy Ruh və Sinir Xəstəlikləri Xəstəxanasına sövq edilib.

Fatma Ç.nin 21 günlüyünə xəstəxanaya yerləşdiriləcəyi bildirilib.

Daha əvvəl də pişik, it və tısbağa kimi heyvanları öldürüb yeyən Fatma Ç, bir müddətdir ki, Tuzlada qorxu saçırdı.

Heyvanların Həyat Haqları Konfederasiyası (HAYKONFED) Fatma Ç.ni küçələrdə əlində bıçaqla nə edəcəyi bəlli olmayan bir təhlükə kimi qiymətləndirib.

Heyvanları Qoruma Azad Etmə və Yaşatmaq Dərnəyi (HAYKURDER) Sədri Erman Ətəkli da “bu, 2016-ci ildən bu yana yaşanan neçənci hadisədir bilmirik, amma onlarla belə hadisənin olduğunu bilirik. Küçədə, parkda, məktəblərin həyətlərində tutduğu küçə heyvanlarını bıçağını çıxarıb doğramağa başlayır. Rəsmiləri dəfələrlə xəbərdarlıq etmişik” deyib.

261 baxılıb