Birləşmiş Ərəb Əmirliklərində  bir müsəlman qadın pilot bunun  “kişi peşəsi” olduğuna dair yanlış  fikirlərə rəğmən aviasiya sahəsində karyera qurmağı qərara alması haqda danışıb. 
Moderator.az xəbər verir ki, “GulfNews” portalının yaydığı məlumata görə, Aişə Əl- Mənsuri “Etihad Airways” avia-şirkətinin pilotudur və dünyanın ən böyük sərnişin təyyarəsi olan “Airbus A380”-i idarə edir.
Aişənin aviasiyaya həvəsi gənclikdə böyük bacısının onu Al-Ayn şəhərindəki avia-şouya  apardığı zaman ortaya çıxıb. Bundan sonra o, avia-şirkətdə  uçuş kurslarına qəbul olmaq qərarına gəldi. Və cəmi 8 aydan sonra Əl-Mənsuriyə gözlənilmədən avia-şirkətin ştat heyətinə daxil edilib. Aişə öncə “Sessna -172” təyyarəsində təlim keçib.  Zamanla hicablı pilota ən böyük sərnişin uçağını idarə etmək etibar olunub. Və indi o, artıq Sidney, Nyu-York, Paris və Londona uçur.
Aişənin sözlərinə görə,  “Airbus A380” təyyarəsi  uçan binaya bənzəyir.
“Ən çox sevdiyim anlar hava gəmisinin havaya qalxma  və enmə anlarıdır”, – deyə  hicablı pilot təbəssümlə deyir.
Sultan Laçın
245 baxılıb