Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən narkotik va­­­­si­­­tə­­­lərin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinin qarşısı alın­ıb.

Publika.az DSX-ya istinadən xəbər verir ki, 11 aprel tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şun­la­rı­nın “Lənkəran” sərhəd dəs­təsinin xidməti ərazisində Astara rayonu­nun Sım kəndi yaxınlığındakı sərhəd zastava­sının xidməti sahə­sin­də İran İslam Respublikasından Azərbaycan Respublikasına doğ­­ru hərəkət edən 2 nəfər naməlum şəxsin hərəkəti sərhəd na­ya­dı tərəfindən müşahidə edilib. Sərhəd naryadının “da­yan” əmrinə tabe olmayan sərhəd pozucularına qar­şı silahdan ha­va­ya xəbərdarlıq məqsədilə atəş açılıb, lakin sərhəd pozucuları əllə­rindəki əşyaları əraziyə ataraq geriyə qaçıblar.

Həmin ərazi dərhal qapadılaraq axtarış təd­birləri keçi­rilib, 1 ədəd bel çantası və 1 ədəd torbada ümumi çəkisi 15 kq 815 qr olan narkotik vasitə və 1 ədəd Kanada istehsalı olan gecə görmə ci­hazı aşkar olunaraq götürülüb.

Qeyd olunan fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

47 baxılıb