Azərbaycanlı idmançı Amerikada döyüşəcək Azərbayca idmançısı, qaydasız döyüş üzrə dəfələrlə rəqiblərini məğlub etmiş Hüseynov Mirəli Coşqun oğlu bu yaxınlarda ABŞ-da döyüşəcək və Azərbaycanın idman şərəfini qoruyacaqdır.
Bu haqda Müstəqil.Az -a döyüşçünün dostunun atası Yaqub Həmidov məlumat verib.
Onun verdiyi məlumata görə  idmançımız 14 aprel,saat 18:00-da, Bakının Əhmədli qəsəbəsində “Hamzayev” idman klubunda şəhər çempionatında iştirak edəcək.
Mirəli bu döyüşü Amerika döyüşü öncəsi məşq kimi xarakterizə edir.
İdmançımıza uğurlar arzu edir,vətənimizin bayrağını hər zaman ucalarda dalğalandırmağı arzu edirik.  
Müstəqil.Az

 

100 baxılıb