Əvvala salam Qarabağ!
Salamdan sonra necəsən deməyəcəyəm. Çunki bilirəm, bizim kimi ovladları itirdiyin ücün sinən hələ də göynəyir. Baxma, nə qədər səni sevməsək də, səni tapdağda qoyub qaçsaq da sən anasan, bilirəm, bizim üçün ürəyin göynəyir, amma, sənə and verirəm işğal olunmayan ruhuna ki, bizdən qəti nigaran olma…
Onsuz da səni varlığımızla çox üzmüşük, bir az da yoxluğumuza üzülmə. Vallah bizim kimi ovlad üçün nə ağlamağa, nə də gülməyə dəyməz! Olsa olsa bizim üçün koks ötürüb, içdiyiniz suyum haramınız olsun, demək olar .Onu da bilirəm, sən bizə deməzsən, axı sən anasan…
Bilirəm, Qarabağ indi məktubumu oxuya- oxuya duşunursən, görəsən nə olub, uzun illər sonra Yetimin yadına düşmüşəm?!
Vallah bilirəm, belə duşunursən və üstəlik deyirsən ki, yəqin nəsə işi duşub, yoxsa, mənə yazmazdı və öz özunə deyirsən ki, can bala, gorəsən nə problemi var?!
Vallah, heç bir problemim yoxdur. Sadəcə yazdım ki, biləsən, mən şəxsən səni unutmamışam, arada mən də lazım gəlsə deyirəm a, amma, bundan artıq nəsə etməyi lazım bilmirəm.
Götürəndə bu lazım Türk muğənnisi mən də məmur ovladı deyiləm ki, ermənilərin sənə tutduğu toya puldan basıb gətirim. Mən kasıb adamam, bu lazım da təxminən elə Koroğlu kimi bir əfsanədir, hamı danışır, amma, gördüm deyən yoxdur. Mənim Xüsusi təyinatlı İbad rolunu oynayan Elçinə inamım bu millətin lazıma olan inamından çoxdur vallah ki, az deyil.
Üc il bundan öncə Aprel ayında lazım gəlməsə də qeyrətimiz cuşa gəlmişdi…
Lələtəpəyə taxdığımız bayraqdan düz uç ildir danışırıq. Bu kopəkoğlunun ermənisi 20 faiz torpağı alıb bu qədər danışmır, biz bir təpə alıb bu qədər danışırıq vallah…
Hələ gör biz səni alsaq nələr danışarıq və nə qədər danışarıq. Belə yerdə deyirlər e, Allah yaxşı ki, dəvəyə qanad verməyib yoxsa….
Daha dalını demirəm, dalını özünü fikirləş…
Bu ara Şahbazdan, Dilqəmdən nə xəbər ?
Deyirəm necə xosbəxt insanlardır. Əsir də olsalar öz dədə, baba yurdlarında əsirdirlər, yoxsa, biz azad olsaq da dədə baba yurdumuza qorxa -qorxa baxırıq. Mənə xəbər etsəydilər, mən də onlara qoşulardım, çox heyif ki, xəbər etmədilər, yoxsa, indi sənlə üz -üzə durub söhbət edərdim, daha məktub yazmazdım.
Qarabağ, bu məktubu oxu, sonra da yandır! Birdən gedər düşər ermənilərin əlinə, vallah sənə gülərlər, mən cəhənnəm, onsuz da bütün dünya mənə gülür..İllərdir atəşkəs deyib BMT və ATƏT-in qapısında burnumun suyunu gözümün suyuna qarışdırdığım üçün barı erməni sənə gülməsin… Onsuz da para -para olan ürəyin bu dərdə dözməz .Onsuz da bizim sənin sinənə çəkdiyimiz dağ sənin öz dağlarından daha ucadır….
Səni çox yormayım Qarabağ… Arada kefdən başım açılsa yenə sənə yazaram… Söz verirəm, amma kişi sözu yox a , sadəcə söz verirəm. Məsələn, gələn Novruzu qacqınlar oz dədə baba ocaqlarında qarşılayacaq tipində və gücündə olan bir soz verirəm…
Özündən muğayat ol!
İnsallah, gün gələr, gələrik, tüpürərsən üzümüzə və deyərsən:
“Rəhmət sizə, Şəhidlər,lənət sizə ölü ikən özünü diri hesab edənlər…”
Yetim Qacar
208 baxılıb