“YouTube” videohostinqinin bir sıra ölkələrdən olan istifadəçiləri problemlə qarşılaşıblar.

Teleqraf.com xəbər verir ki, populyar internet resurslarda qəzaları və uğursuzluqları müşahidə etməklə məşğul olan “Downdetector” saytından alınan məlumatlar bunu sübut edir.

Qəza Bakı vaxtilə saat 08:30-da başlayıb. Servisin istifadəçiləri daha çox video yayımında çətinliklər yaşayıblar (66%). Daha 21%-i saytın yanlış işlədiyini bildiriblər. Bundan əlavə, istifadəçilərin 12%-i hesablarına daxil ola bilməyib.

Videohostinqin işində problemlə Rusiya, ABŞ, Ukrayna, Yaponiya, Almaniya, Böyük Britaniya, Fransa, Bolqarıstan və Rumıniya sakinləri qarşılaşıblar.

Qeyd edək ki, “YouTube”un işində bundan öncəki kütləvi uğursuzluq fevral ayında baş verib.

73 baxılıb