Daha bir güləşçimiz Avropa çempionatında erməni güləşçidən üstün olub.

Müstəqil.Az xəbər verir ki, 70 kq çəki dərəcəsində də Ağahüseyn Mustafayev 1/4 finalda dünya və Avropa çempionu David Safaryanla qarşılaşıb.

İdmançımız rəqibinə 12:2 hesabı ilə vaxtından erkən qalib gəlib və yarımfinala vəsiqə qazanıb.

Hacı Əliyev 1/4 finalda rusiyalı Naçin Kuları 5:3 və Cəbrayıl Həsənov Almaniya təmsilçisi Franko Mario Bütneri 12:1 məğlub edərək yarımfinala vəsiqə qazanıb.

14:34

Bu gün Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı start götürüb.

Müstəqil.Az xəbər verir ki, ilk yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə başlayıb.

65 kq çəki dərəcəsində mübarizə aparan üçqat dünya, ikiqat Avropa çempionumuz Hacı Əliyev mübarizəyə inamlı başlayıb. O, təsnifat mərhələsində Belarusu təmsil edən Hüseyn Şaxbanovu 7:2 və 1/8 finalda Ermənistan güləşçisi Vazqen Tevanyanı 1:0 hesabı ilə məğlub edib. Onun 1/4 finaldakı rəqibi Rusiya təmsilçisi Naçin Kular olacaq.

Həmçinin, 70 kq çəki dərəcəsində də Ağahüseyn Mustafayev 1/4 finalda David Safaryanla qarşılaşacaq. Buna qədər o, ikiqat dünya çempionu Məhəmmədrəsul Qazıməhəmmədova (Rusiya) 5:3 hesabı ilə qalib gəlib.

79 kq-da ikiqat Avropa çempionumuz Cəbrayıl Həsənov da 1/4 finalda güləşəcək. O, təsnifat mərhələsində gürcüstanlı Nika Kentçadzeni 6:5 hesabı ilə yenib.(oxu.az)

59 baxılıb