31 Mart Dünya Azərbaycalılarının soyqırım günü “Space” kanalında “Ad günü” adlı müsiqili-əyləcəli proqramın nümayiş etdirilməsi ölkə ictimaiyyəti tərəfindən qınaqla qarşılanıb. Məsələylə bağlı mediaya açıqlama verən kanalın vitse-prezidenti Kamil Şahverdiyev insanların əhval-ruhiyyəsini qaldırmaq üçün bu addımı atdıqlarını bildirib. 
Tanınmış ictimai xadim, Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov Moderator.az-a açıqlamasında bir çox telekanallarımızın bizim əleyhimizə təbliğat apardığını bildirib:
“Faciəvi günlərimizdə bu cür musiqili proqramlar olmamalıdır. Bunu dəfələrlə demişik. 31 Mart Soyqırımı, Xocalı faciəsi və torpaqlarımızın işğal günündə bunları nəzərə almalıyıq. Amma görünür “Space” kimi telekanallar faciəvi günlərimizi bu cür musiqili-əyləncəli proqramlarla qeyd edir. Bir çox telekanallarımız millətin əleyhinə təbliğat aparır. Bunun da səbəbi odur ki, nəzarət yoxdur”.
Qeyd edək ki, ötən il Ağdamın işğal günündə aparıcı Mikayıl Güləddinoğlu da musiqili proqramla çıxış etmişdi. Bu məsələni ictimailəşdirməyimizə baxmayaraq M.Güləddinoğlu baş verənlərdən bir nəticə çıxarmayıb dünən yenidən özünün musiqili proqramını mərhmum müğənni Məhəbbət Kazımova həsr edərək konsert verib.
85 baxılıb