“Nağıllarda deyildiyi kimi, bizim dostluğumuzun göbəyi göylərdə kəsilib…”-İradə Kərimli İlhamiyyə Rzadan yazır…

Nağıllarda deyildiyi kimi, bizim dostluğumuzun göbəyi göylərdə kəsilib.

Özümüzü tanıyandan –  dil açıb danışandan, ayaq açıb yeriyəndən  bir yerdəyik. Nə qohum deyilik, nə doğma deyilik, amma bunların hamısından ötəyik. Bizi  bir-birimizə bağlayan heç bir məcburiyyət yoxdur, amma bir-birimizə ehtiyacdan yaranan   dostluq bağlarımız bir insan ömrünə bərabərdir. Uşaq fəhmimizlə seçimimizdə yanılmadıq, inamla, etibarla, sədaqətlə irəlilədik. Qəribədir ki, həyatımızı heç vaxt birlikdə olmaq ehtimalı ilə planlaşdırmadıq. Amma tale bizi həmişə yanbayan addımlamağa sövq etdi.

Əvvəlcə eyni məktəb pillələrində, sonra eyni universitet auditoriyalarında, daha sonra isə eyni iş yerində yollarımız kəsişdi. Həyatımızdan saysız-hesabsız insanlar gəlib keçdi, itirdiklərimiz də oldu, qazandıqlarımız da.  Müəyyən səbəblərdən bir müddət aralı da düşdük.  Amma  dəyişmədik, yadlaşmadıq, sadiqliyimizi itirmədik. Ehtiyacımız olan anda  sövq-təbii bir-birimizə doğru can atdıq.  Şad gündə də, dar gündə də bir-birimizi tək buraxmadıq. Səsimizin rəngindən hansı əhvalda olduğumuzu dərhal anladıq.  Təskinliyimiz yaramıza məlhəm, dualarımız arzularımıza yardımçı oldu.

Bu gün mənim ruh əkizimin, əzizim İlhamiyyənin  doğum günüdür.  Bu o İlhamiyyədir ki, hər səhər  gülər çöhrəsi, mehriban  səsi ilə evlərimizin qonağı olur, insanlarda xoş əhvali-ruhiyyə yaradır.  Bu o İlhamiyyədir ki, öz   zəkası və düşüncəsi  ilə telejurnalistikada bir nümunədir.  Onun  peşəkarlıq məziyyətləri haqqında danışmaq fikrim yoxdur, zatən onu hamı yaxşı tanıyır və sevir. İlhamiyyə Rzanı  başqalarından  fəqrləndirən  əsas cəhət  harda çalışmasından asılı olmayaraq onun həmişə  ədalət prinsiplərinə sadiq qalmasıdır. Məncə, bu, jurnalist üçün ən ümdə keyfiyyətdir.

İnternet əsri olmasina baxmayaraq,  efir İlhamiyyə kimi, Həmid kimi yaradıcı insanların hesabına baxımlı və maraqlıdır.  Onlar olan yerdə yenilik  var, uğur var.

Dəyərli dostum!  Yeni yaşın mübarək!  Səsin həmişə zirvələrdən gəlsin!

 

İradə Kərimli 

(redaktor AZTV)

mersin escort