Bakıda ticarət mərkəzində yanğın- FOTO/VİDEO (YENİLƏNDİ)

Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə davam edən yanğının söndürülməsinə helikopterlər cəlb edilib.

Müstəqil.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, əraziyə Aviasiya dəstəsinin 2 ədəd helikopteri cəlb olunub.

Əlavə məlumat veriləcək.

9:17

Fövqəladə Hallar Nazirliyi Bakının Nizamı rayonundakı yanğınla bağlı məlumat yayıb.

Məlumata görə, nazirlikdən bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Çağırış ünvanına cəlb olunan Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən yanğınsöndürmə işləri və digər təxirəsalınmaz tədbirlər görülür.

****
08:42

Bakının Nizamı rayonunda güclü yanğın başlayıb.

Yanğın “8-ci km bazarı”ndakı mağazalardan birinin damında başlayıb.

Ərazidəki insanlar təxliyə edilib, hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.(publika)

mersin escort