Prezidentə müraciət :

Cənab prezident !
Humanist insan !

Bu gün ölkəmizdə bəzi məmurlarımızın özbaşınalığı davam edir. Onlar kasıb təbəqəni çox incidir. Heç bir köməklik göstərmirlər. Müəyyən sahələrdə yüksək vəzifəlilər aşağı təbəqədən sui istifadə edirlər ! Hadı Rəcəbli və onun kimi bir sıra məmurlar öz gülünc danışıqları ilə xalqın mənafeyinə uyğun gəlməyən hərəkətlər edirlər.

Və yaxud türkiyəli sənətçini 120 min dollara Bakıya gətizdirən məmur həmin məbləğin 20 min dollarını qaz və işıq pulunu verə bilməyən kasiblara ayıra bilməzdimi ? Bu hələ gördüklərim və bildiklərimdir ! Görmədiklərim və bilmədiklərim daha çoxdur !

Xahiş edirəm, Cənab prezident bu müraciətimə nəzər yetirib məmur özbaşınalığının qarşısını alasınız !

Allahşükür Ağa
Yazar, jurnalist

182 baxılıb