“Görəsən oranın da, Günə çıxan əyrisi? Qandallanan düzü var??-Səxavət İzzəti-Əndəlib Təbrizdən yazır

Müstəqil.Az  Təbrizdə yaşayan şair Səxavət İzzəti  Əndəlibin  şeirlərini təqdim edir:

AÇIN QAPILARI, GƏLƏN BAHARDI

Yenə daş dibində köyərdi dişə,
Şaxta da qurtardı, qış da qurtardı.
Həzin nəfəsilə deyir bənövşə,
Açın qapıları, gələn bahardı.

Hər budaq başında bir dəstə gül var,
Güllərin üstündə nə gəlhagəl var,
Qədim babalardan belə məsəl var,
Soyuğun, şaxtanın meydanı dardı,

Açın qapıları gələn bahardı.

Yastı çəmənlərdə otlayır quzu,
Bulaqlar bağrına basıb yarpızı.
Düşün dağ döşündə ərıyən buzu,
Hər bir qaranlığın dan yeri vardı,
Açın qapıları gələn bahardı.

Kəsmə, ümidini kəsmə bahardan,
Ümiddir qurtaran insanı dardan.
Demə bir də çiçək bitəcək hardan,
Əsnsə küləkdir, yağansa qardı,
Açın qapıları gələn bahardı.

Əndəlib, bu gələn nə xoş qonaqdı,
Təbiət yoluna çiçəklər yağdı.
Hayqıran dərədi, kişnəyən dağdı,
Demə nə hay haray nə şarha şardı,
Açın qapıları gələn bahardı.

QƏDƏRİMLƏ ŞƏRİK KÜÇƏ

İllərdi ki, bir ıtıgın dalınca ,
Zəncir salıb yerə , göyə gəzirəm .
Gecə , gündüz qara üzlü taleyi,
Qarqışlayıb , söyə – söyə gəzirəm.

Qaraçıyla uca dağlar aşıram,
Qurbətiylə yad ellərdə yaşıram,
Həsrətilə sözü – sözə quşuram,
Ağı üstə deyə – deyə gəzirəm.

Yol gedirəm ömrüm , günüm uzunu,
Geyinmişəm yollarımın tüzünü.
Bu yollarda biri sevdanın izini,
Dəmir çariq geyə – geyə gəzirəm.

Dərin , dayaz , dərə , təpə gedirəm,
Ələnsə qar , uçsa şəpə gedirəm.
Gül çiçəgi öpə – öpə gedirəm,
Tıkanlara dəyə – dəyə gəzirəm.

Axşamını çüxü səhər unudub,
Sevdiyni çox sevənlər unudub.
Bəlkə məni o bəxtəvər unudub,
Heç bilmirəm nədən niyə gəzirəm.

“Əndəlib” yox yolda qalmış ərəbəm,
Susuz çöldə bir yorulmuş ərəbəm.
Mən də belə dəvəsi ölmüş ərəbm,
Öz başıma döyə – döyə gəzirəm.

Eh kim nə bilir
Bu şəhərdə bır yaxın tanışım vardı…
Yaşamımı isidən
Yoluma işıq salan bir tanış.
Şəhərin gözü götürəndi dostluğumuzu
Öldürdülər onu bir taxta qapıda
Xeyir , şər qovuşanda.
Öldürdülər səssız səmirsiz
Öldüyünü bilən olmadı
Qatılı tutulmadı
Məhkəmələr bağılı idi
Nəzmiyədə düyün varıdı.
Kabab bişirdi
Ciyər kababı.
Nə kəfəni alındı,
Nə yası tutuldu
Nə də topraqda məzarı qazıldı
Adamsız idi yazıq.
Eh kim – kimədi

Küçələri dolama dolaşıq bu şəhərdə
Kim nə bilir, kimin içində nə var
Çoxdur bu şəhərin onsuzda
Eşqi söndürülmüşü, ürəyi öldürülmüşü..

Ay ana
Ay ana, məzar daşını,
Versənə geyim, ağlayım.
Səsimi atıb başıma,
Bayatı deyim, ağlayım.

Hələ var ayaq, gəzirəm,
Əlimdə çıraq gəzirəm.
Bir isti qucaq gəzirəm,
Başımı qoyum, ağlayım.

Hər işi çaş bir zamanda,
Ayağı baş bir zamanda.
Çörəy daş bir zamanda,
İçimi yeyim, ağlayım.

Tapmadım şənliyin yerin,
Axtarsamda dərin-dərin.

Heç olmasa bir çöl verin,
Dərdimi sayım, ağlayım.

 

O üz
Aşmaqdayam bu dağı,
Görən o üz hamarmı?
O üzdə bu üz kimi,
Həyat yolları darmı?

Göyərdi yolumuzda,
Min uçurum , min gədik.
Dərdin dağarcığına,
Çarəsiz həyat dedik.

Süründük dizin-dizin,
Bəlkə aşaq bu dağı.
Mən ki, yaman özlədim,
O üzdə yaşamağı.

Görəsən oranın da,
Dəni tuşda əkılır?
Atı sümük gəmirir?
İtinə yem tökülür?

Görəsən oranın da,
Ciziği var , cizi var?
Günə çıxan əyrisi?
Qandallanan düzü var?

Meydan açırmı orda
Vədə qəhrəmanları?
Əjdahalar əlində
Əsir qalıb suları?

Oranın da görəsən
Acı çoxdür toxundan?
Tələsirəm bu üzdən,
Gedib görəm yaxından.

 

mersin escort