Emin Ağalarovdan Trampla bağlı paylaşım

Tanınmış müğənni, Xalq artisti Emin Ağalarov ABŞ-ın xüsusi prokuroru Robert Müllerin seçkiyə müdaxilə ilə bağlı istintaqın yekun hesabatına dair paylaşım edib.

Teleqraf.com xəbər verir ki, Emin Ağalarov ABŞ Prezidenti Donald Trampın xüsusi prokurorun hesabatı barədə “Foks nyus” telekanalında yayımlanan şərhini özünün İstaqram hesabında izləyiciləri ilə bölüşüb.

“Rusiya ilə sövdələşmə olmayıb. Müllerin 2 illik istintaqı bitdi!”, – deyə Emin Ağalarov qeyd edib.

O, Rusiyanın ABŞ seçkilərinə müdaxilə etmədiyinin aydınlaşdığını vurğulayıb.

Qeyd edək ki, ABŞ-ın xüsusi prokuroru Robert Müllerin seçkiyə müdaxilə ilə bağlı istintaqın yekun hesabatı Moskvayla Tramp arasında sözləşmənin olmadığını aşkarlayıb.


Müstəqil.Az
mersin escort