Ukraynada 39 nəfər prezident olmaq üçün yarışır

Son dövrlər ABŞ-da Trampın və Fransada Makronun qalib gəlməsi onu göstərir ki, əhali artıq kostyumlu, qalstuklu klassik siyasətçilərdən bezib.

Müstəqil.Az bildirir ki bu sözləri Axar.az-a açıqlamasında politoloq Zaur Məmmədov deyib. O bildirib ki, Ukraynadakı prezident seçkilərində 39 namizəd iştirak edəcək:

“Təbii ki, bunlar arasında əsas mübarizə Timoşenko, Poroşenko və Zelenski arasında gedəcək. Çünki sosioloji sorğular göstərir ki, ilk üçlükdə bu şəxslər olacaq. Lakin hansının qalib gələcəyi ikinci tur seçkinin nəticələrindən sonra məlum olacaq. Əlbəttə, Ukraynada baş verən hadisələr və Ukrayna dövlətinin özü dünyada baş verən siyasi proseslərdə çox mühüm rol oynayır. Təsadüfi deyil ki, Bjezinski “Böyük şahmat taxtası” kitabında məhz Ukraynanın geosiyasi aktuallığından da yazmışdı. Bu o deməkdir ki, dünya gücləri Ukrayna uğrunda mübarizə aparır. Budəfəki prezident seçkiləri 2000-ci illərdən başlayan digər seçkilər kimi Rusiya, ABŞ, AB üçün çox mühüm əhəmiyyət kəsb edir. Ukrayna əhalisinin kimə səs verəcəyi hamını düşündürən suallardan biridir”.

Politoloq vurğulayıb ki, artıq insanlar daha çox siyasətdən bir qədər kənar olan şəxslərin hakimiyyətə gəlməsində maraqlıdır:

“Yəni Ukrayna əhalisi üçün əsas ölkəni anarxiyaya, xaosa çevirən şəxslərin hakimiyyətdən uzaqlaşmasıdır. Digər ölkələrdə keçirilən seçkilərdə olduğu kimi, Ukraynadakı seçkilərdə də namizədlərin ən çox yarışdığı əhalinin 30-50% səsini ala bilməkdir. Ukraynada demək olar ki, əhalinin 50%-nin 31 marta qədər kimə səs verəcəyi bilinmir”.

Politoloq qeyd edib ki, digər tərəfdən rusiyayönümlü iki nəfərin – Medvedçuk və Boykonun yaxınlarda Moskvaya səfər etməsi və Medvedyevlə görüşməsi olduqca maraqlı faktdır:

“Həmin şəxslərin onsuz da seçkidə qalib gəlmə ehtimalı yoxdur. Amma Ukrayna-Rusiya arasında qaz məsələsi var. Onlar arasında bu məsələnin müzakirə olunduğu bildirilir. Bu gün Ukrayna Avropadan, ikinci subyektdən rus qazını alır”.

Z.Məmmədov Ukraynanın Azərbaycan üçün də əhəmiyyətli ölkə olduğunu bildirib:

“Müstəqillik əldə ediləndən sonra iki ölkə arasındakı münasibətlər inkişaf etməkdədir. İstər iqtisadi, istərsə də hərbi sahədə əməkdaşlıq var”.

Firuzə

mersin escort