Silahlı insanlar qəsəbəyə girib 110 çobanı öldürdülər

Silahlı insanlar Malinin mərkəzində yerləşən Bankas şəhərinin ətrafında yerləşən qəsəbələrdə fulani xalqına mənsub olan 110 çobanı öldürüblər.

Müstəqil.az xəbər verir ki, bu haqda şəhərin meri Mulaya Quindoya istinadən “Röyters” agentliyi bildirib.

Məlumata görə, donzo ovçuları kimi geyinmiş naməlum silahlılar Bankas yaxınlığındakı Oqassaqu və Velinqara qəsəbələrinə hücum ediblər.

“Oqossaqu kəndi tamamilə dağıdılıb”, – mer deyib.

Həlak olanların bədənləri hələ toplanılır.

mersin escort