Kəraməti tabutuma yaxın buraxmayın – Qəşəm Nəcəfzadə

Tanınmış yazıçı Qəşəm Nəcəfzadə oğlu, gənc yazar Kəramət Böyükçöllə bağlı paylaşım edib.

Müstəqil.Az Publika.az -a istinad edərək xəbər verir ki, Qəşəm Nəcəfzadə vəfat edərkən oğlu Kəramətin tabuta yaxın buraxılmamasını vəsiyyət edib:

“Əlacsızam deyə, yüz dəfə düşünüb yazıram. Deməyin ağlını itirib yazır. Kəramətin alçaq hərəkətlərindən son 9 gündə təzyiqim 250-dən düşmür. Hərdən 270-ə qalxır. Üstəlik, ürək əməliyyatından qalan problem, şəkər… Ovuc-ovuc dərman yeyirəm, analizlər, MRT-lər, kompüter tomoqrafiya və sair. Əhəmiyyətsiz bir şey… Halıma göynən uçan quş da ağlar… Aprelin 1-i ad günüm. 60 yaşım. Yəqin ki, tezliklə öləcəyəm. Demişəm, Kəraməti tabutuma yaxın qoymayın. Onu zülmlə böyütmüşdüm… Məni o alçaq öldürdü. Ona nifrət edirəm. Azərbaycanda təhqir etmədiyi və məni söydürmədiyi adam qalmadı…”

Qeyd edək ki, müxtəlif vaxtlarda qalmaqallı fikirləri ilə gündəmə gələn Kəramət Böyükçöl son olaraq vəfat etmiş meyxanaçı Aydın Xırdalanlı ilə bağlı işlətdiyi ifadələrə görə tənqid hədəfinə çevrilib.

Müstəqil.Az

mersin escort