Fotoqraf Kim Çın Inın şəklini çəkmək üçün 2 metrdən daha yaxın gəldiyi üçün işdən qovuldu

Dünyada elə rejimlər var ki, orda insanın üzünün ifadəsi, gülməyi, ağlamağı, yeriməyi, addım atmağı standartdan çıxanda rejimin ciddi etirazına səbəb olur və müxtəlif cəzalar, hətta ölüm hökmü də verilir.
Müstəqil.az Daily Nk nəşrinə istinadən xəbər verir ki, Şimali Koreya lideri Kim Çın Inın rəsmi fotoqrafı işdən qovulub və partiyadan çıxarılıb. Səbəb normal adamlar üçün qəribə gəlsə də, Şimali Koreyada bağışlanmaz səhv kimi qəbul edilən əməldir.
Söhbət Koreyanın İncəsənət Film Studiyasında çalışan Ri soyadlı bir şəxsdən gedir. Şimali Koreyanın Ali Xalq Məclisinə seçkilər günü Ri tərəfindən KXDR liderinin şəklinin çəkilməsi qaydalarının pozulduğu bildirilib.
Fotoqraf  Kim Çın Inın şəklini çəkmək üçün iki metrdən daha yaxın gəlib ki, bu da qadağandır . Kinostudiya  bu hərəkətləri ” partiyanın nüfuzunun pozulmasına yönəlmiş anti partiya hərəkəti” kimi dəyərləndirilib və əməkdaşını vəzifəsindən azad edib.
Xatırladaq ki, fevralın sonunda Kim Çın Inın dəmiryol vağzalında siqaret çəkdiyi, siqareti alışqanla deyil, kibritlə yandırması və yanmış kibrit dənəsini də tullamadan qaytarıb kibrit qutusuna qoyması da dünya mediasının diqqətini çəkmişdi.
mersin escort