Bənd uçdu, ölənlərin sayı 212-yə çatdı

Braziliyanın Minas-Jerays ştatında bəndin dağılması nəticəsində ölənlərin sayı 212 nəfərə çatıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə “G1” xəbər portalı Minas-Jerays ştatının mülki müdafiə xidmətinə istinadən xəbər verir. Daha əvvəl 207 nəfərin öldüyü bildirilirdi.

Son məlumatlara əsasən, 98 nəfər itkin düşmüş sayılır.

 

Qeyd edək ki, yanvarın 25-i Braziliyanın Minas-Jerays ştatında “Vale” şirkətinin metallurgiya sənayesinin tullantılarının olduğu suyu saxlayan bənd dağılıb.

mersin escort