ATV-nin aparıcısının evinə oğru girdi – 37 minlik zərər

ATV-nin aparıcısı Vüsal Qurbanovun evinə oğru girib. Bu barədə “ATV Xəbər”də məlumat verilib.
Hadisə martın 22-də Abşeron rayonunun Mehdiabad qəsəbəsində qeydə alınıb. Oğrular mənzildən 30 min manatlıq qızıl və 7 min manat dəyərində pul götürüb.
Abşeron RPİ-nin Mehdiabad polis bölməsindən verilən məlumata görə, hadisə ilə bağlı araşdırma aparılır. Bildirilib ki, artıq hadisə yerindən əl izləri götürülüb. (qafqazinfo)
mersin escort