Müstəqil.Az bildirir ki,Ötən gün Space telekanalının efirində yayımlanan “Hər səhər” proqramının qonağı olan xalq artisti Səməd Səmədov bağ evində yaratdığı şəraitdən söz açıb. 

Onun sözlərinə görə, bağında yaxşı qoyunları vardı:

“Bir müddət əvvəl onları Zaqatalaya göndərmişəm. Bundan əlavə, yaxşı bildirçinlərim, toyuq-cücələrim var. Təbiətin qoynundayam sanki. İndi həmin bağda ağdamlı ailə qalır. Artıq 10 ildir ki, həmin ailə oradadır. Həmin bağ Əli Mirəliyevi hovuza atmaq istədiyim bağdır”.

Xalq artisti Şamaxıda da bağ evinin olması ilə bağlı xəbərləri təkzib edib:

“Mənim iki, yox bir bağım var. O da Fatmaidədir. Şamaxıda bağım olması ilə bağlı məlumatlar doğru deyil”.

102 baxılıb