ABŞ-ın istintaq orqanları “Boinq”i araşdırır

Federal prokurorlar və ABŞ Nəqliyyat Nazirliyinin nümayəndələri “Boinq 737 MAKS” təyyarələri ilə maraqlanmağa başlayıb.

Axar.az xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” informasiya yayıb.

Məlumata görə, Efiopiyadakı qəzadan bir gün sonra martın 11-də təyyarənin hazırlanmasında iştirak etmiş şəxslərdən biri ifadə vermək üçün istintaq orqanlarına dəvət olunub.

Hələlik istintaq orqanlarının bu addımının Federal Mülki Aviasiya İdarəsinin təyyarənin təhlükəsizlik sistemi ətrafında aparılan araşdırması ilə bir əlaqəsi olub-olmadığı məlum deyil.

Qeyd edək ki, ABŞ-ın aviasiya qurumları hazırda təhlükəsizlik sisteminin qəzada nə dərəcədə rol oynaması faktını araşdırırlar.

Müstəqil.Az

mersin escort