Əli İnsanov, Gözəl Bayramlı, Fuad Qəhrəmanlı, İlkin, Qiyas, Bayram… AZADLIQDA!

Bu gün prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə çox sayda siyasi məhbus hesab edilən şəxs azadlığa çıxdı. Bakupost.az xəbər verir ki, əfv siyahısına düşən şəxslər arasında xeyli sayda tanınmış sima var. Bunların arasında ən məşhurlarından biri keçmiş səhiyyə naziri Əli İnsanovdur.
Prezidentin sərəncamı ilə həmçinin AXCP sədrinin müavinləri Gözəl Bayramlı və Fuad Qəhrəmanlı da əfv edilənlər arasındadır.
Əfv siyahısında adı olan siyasi məhbus sayılan şəxslərdən Nida üzvləri İlkin Rüstəmzadə, Bayram Məmmədov, Qiyas İbrahimli və Elgiz Qəhrəman da var.
Əfv edilənlər sırasında AXCP üzvü, jurnalist Natiq Adilovun qardaşı Murad Adilov da var.
  Siyasi məhbus hesab edilən şəxslərdən əfvə düşənlərin tam siyahısı aşağıdakı kimidir:
Gözəl Bayramlı (AXCP),
Qiyas İbrahimov
Bayram Məmmədov
Ilkin Rüstəmzadə(NİDA),
Fuad Qəhrəmanlı(AXCP),
Elgiz Qəhrəman(AXCP),
Murad Ədilov(AXCP)
Əli İnsanov(sabiq səhiyyə naziri),
Rüfət Səfərov(sabiq prokuror)
Elnur Seyidov(AXCP sədrinin qaynı)
Vasif İbrahimov(İsmayıllı hadisələri)
Əlikram Xurşidov,
Fərid Ağayev,
Zülfüqar Mikayılov,
Rəşad Ramazanov(jurnalist),
Tofiq Həsənli(şair),
Ruzi İsmayılov(dindar),
Lətif Əhmədov (Nardaran)
Cəbrayılov Rasim (Nardaran işi)
Qasımov Elçin (Nardaran işi)
mersin escort