Əfsanəvi müğənni Maykl Ceksonun qızı Peris Cekson şənbə günü atası haqqında filmin göstərilməsinə görə intihara cəhd edib.
Müstəqil.Az TASS-a istinadən xəbər verir ki, Cekson ailəsinə yaxın mənbə 20 yaşlı qızın intihara cəhd etməsinin daha çox “Neverlendi tərk edərkən” sənədli filminin nümayiş etdirilməsi ilə bağlı olduğunu bildirib. Filmdə iki amerikalı gənc uşaq olarkən, Maykl Cekson tərəfindən seksual xarakterli hərəkətlərə məruz qaldıqlarını bildiriblər.
TMZ portalı polis və təcili yardımın Peris Ceksonun Los-Ancelesdəki evinə gəldiyini bildirib. Perisin hazırda xəstəxanada olduğu da  qeyd edilib. Onun səhhtinin stabil olduğu bildirilir.
119 baxılıb