Türkiyənin məşhur pop ulduzu Bakıda Novruz Bayramı ilə əlaqədar konsert verəcək.

Türkiyənin məşhur pop ulduzu Aleyna Tilki Azərbaycanda Novruz Bayramı ilə əlaqədar konsert verəcək.

Müstəqil.az xəbər verir ki, ifaçı martın 23-də Qoşa qala meydanında konsert proqramı ilə çıxış edəcək.

Qeyd edək ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi öz ənənəsinə sadiq qalaraq paytaxt sakinlərini və şəhərimizin qonaqlarını baharın müjdəçisi, Azərbaycan xalqının milli adət-ənənələri ilə zəngin Novruz bayramını İçərişəhərdə qeyd etməyə dəvət edir. Martın 20-dən 26-dək davam edəcək “Bahar qalası” festivalında Qoşa qala meydanındakı dekorasiyalar qonaqları paytaxtımızın keçmişinə səyahətə aparacaq. Ənənəvi olaraq təşkil edilən konsert proqramı festival ərzində hər gün saat 12:00-dan axşam saat 18:00-a qədər davam edəcək. Tamaşaçılara həm milli, həm də digər xalqların nümayəndələrinin ifasında Novruz ənənəsinə sadiq olaraq bir-birindən fərqli rəqslər və nəğmələr təqdim ediləcək, estradamızın ulduzlarının ifasında sevilən mahnılar səsləndiriləcək.

Qız qalasının arxasındakı meydanda İçərişəhərin sakinlərinin qonaqlara öz qonaqpərvərliklərini nümayiş etdirmək, onlara Bakı mətbəxinin zənginliklərini sərgiləmək və əlavə gəlir əldə etmək üçün 3 satış nöqtəsi təmənnasız onların istifadəsinə veriləcək.

Qız qalası qarşısında yerləşən meydanda ölkəmizdə yaşayan xalqların uşaq ansamblları öz milli geyimlərində ifa edəcəkləri rəqslər və nəğmələrlə izləyənlərə Novruz bayramının çoxsaylı etnik qrupları birləşdirməsini, Azərbaycan ərazisində yaşayan xalqların firavan həyatını nümayiş etdirəcək.

mersin escort