“OBA” marketlər şəbəkəsi üzərindəki istehsal tarixindən bir gün əvvəl satışa çıxarılmış yumurtalarla bağlı məlumat yayıb.

Şəbəkəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elvin Babayev  açıqlamasında bildirib ki, sosial şəbəkələrdə yumurta ilə bağlı yayılan foto araşdırılıb:

“Muğan quşçuluq fabrikinə məxsus yumurtalar marketlərimizə gündəlik gətirilir. Foto paylaşılan günü Yasamal rayonunda yerləşən bütün marketlərə əməkdaşlarımız tərəfindən baxış keçirildi. Bütün yumurta qutuları və üzərindəki tarix yoxlanıldı. Lakin qeyd olunan halla qarşılaşmadıq.

Müştəri ilə əlaqə saxladıq və müştərini marketə dəvət etdik. Müştəri aldığı bütün yumurtaları gətirdi. Lakin alınan yumurta kasetinin içində cəmi iki ədəd həmin tarixli yumurta aşkarlandı”.

“Düşünürük ki, bu, çap xətasıdır və bu problem istehsal prosesində çalışan personalın diqqətsizliyindən qaynaqlanır”, – deyə Elvin Babayev bildirib. (oxu.az)

Müstəqil.Az

161 baxılıb