“Bir az ömrü sağa çək, Görünür səhv gəlirəm…”-Müşfiq Cəbi…

Müstəqil.Az gənc yazar Müşfiq Cəbinin şeirlərini təqdim edir:

ANA

Gözlərimlə yeriyib,
Sənə tərəf gəlirəm.
Bir az ömrü sağa çək,
Görünür səhv gəlirəm.
İndi necə yaşayım,
Mən bu xəstə ömrümü.
Uzanmişam altına
Agzı üstə, ömrümün.
Sanki, ölməyə gəlir,
Doğulanlar şəhərə.
Bir qram umid də yox,
Yol alasan səhərə.
Təngiyirəm, bitmir ki,
Yığıb məni lap cana.
Bu ömür yaşamağa,
Bir az uzundur, Ana.
Gəlirəm
 
Burax təkliyimlə məni başbaşa,
Qapını üzümə bağla, çıxıb get.
Daha sol gözündən düşüb gedirəm,
Məni sağ gözünlə ağla, çıxıb get.
Çəksin keşiyini qoy kirpiklərim,
Apar gözlərimi yolunda saxla.
Saxlama sən məni sağ ürəyində,
Apar sağ yanının solunda saxla.
Çək məni ömrünün sağ tərəfinə
Zamanın qolundan tüt ,sola döndər.
Səni Sağ əlimlə oxşayım deyə,
Gəlirəm yerimi sol yanında sər.
 
 Üzümə bağla
Durub səhər-axşam gözləri yolda,
Ay mənim yolumu gözləyən qadın.
Hələ çəkilməmiş, ütülənməmiş,
Nə qədər dərdim var, gözlərin aydın.
Yenə sənsizliyə bürünüb yatdım,
Yenə də gəlmədin bu qış ömrümə.
Yığıb hər nəyimi köçdüm mən sizə,
Sən də gəl bu gündən yığış, ömrümə.
Sənin kirpiklərin süpürə bilməz,
İzimi-tozumu bu küçələrdən.
İslanmış sevgimi isığa sərib,
Yığ mənim kölgəmi bu gecələrdən.
Mən evin çölündə səni gözləyim,
Sən evin içində mənə gün ağla.
Mən səni bircə yol görməmək üçün,
Bütün qapıları üzümə bağla.
 
   Yolla
Ölsəm, gələ bilməsən,
Göz yaşını tök, yolla.
Kimsə görməsin deyə,
Bir dəsmala bük yolla.
Hər gün yuxuma girib,
Sən, ay mənsiz qalanım.
Ayrılığın şəklini,
Cıx, eyvanda çək ,yolla.
Gözlərində yaş saxla,
Çıxıb getdiyim günə.
Olan qalan ömrümü,
İlmə -ilmə sök, yolla.
Yaşamağa gücüm yox,
Qalmağa da bir yerim.
Dalımca gələn olsa,
Qurban olum, tək yolla.
Müstəqil.Az
mersin escort