Zərdab rayonunda zəlzələ olub.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Məlumata görə, ilkin vaxtlara əsasən saat 08:34-də Zərdab stansiyasından 8 km cənubda Zərdab ərazisində zəlzələ qeydə alınıb.

Maqnitudası 3.3, dərinliyi 30 km olan zəlzələ hiss olunmayıb.

46 baxılıb