İstehsal tarixi sabaha yazılmış yumurta bu gün satışa çıxarıldı …-ARAŞDIRMA

Ötən gün “OBA” marketlər şəbəkəsində üzərində istehsal tarixi 15.03.19-cu il göstərilmiş yumurtalar satışa çıxarılıb.

Həmin yumurtalar Yasamal rayonu ərazisində yerləşən mağazaların birində satılıb.

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən üzərində istehsal tarixi 15.03.2019-cu il göstərilmiş yumurtalarla bağlı məlumat mediadan götürülərək araşdırmalara başlanılıb.

AQTA-dan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, araşdırmaların nəticəsində qanunvericiliyin tələbləri çərşivəsində tədbirlər görüləcək:

“Nəticələr barədə ictimaiyyətə məlumat veriləcək”.

Müstəqil.Az

mersin escort