Bakıda minik avtomobili və marşrut avtobusu ilə toqquşan motosikletdə xəsarət alan şəxsin kimliyi müəyyənləşib.

Müstəqil.az xəbər verir ki, Yeni Yasamal yaşayış massivi Məhəmməd Xiyabani küçəsində minik avtomobili ilə toqquşduqdan sonra avtobusun altına düşən 20 yaşlı Cəmo Quliyev Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Tibbi yardım göstərildikdən sonra gənc motosikletçinin həyatına təhlükənin olmadığı bildirilib.

Faktla bağlı araşdırma aparılır.

****

14:23

Yasamal rayonu Məhəmməd Xiyabani küçəsində yol nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən  verilən məlumata görə, hərəkətdə olan motosiklet minik avtomobili ilə toqquşub.

Nəticədə, motosiklet 17 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusun qarşısına düşüb. Motosikletin sürücüsü xəsarət alıb, avtobusda olan sərnişlərdən xəsarət alan olmayıb.

Hazırda hadisə ilə bağlı müvafiq qurumlar, eyni zamanda BNA tərəfindən araşdırma aparılır.

69 baxılıb