Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 20.12.2018 – ci il Fərmanı tam əminliklə deyə bilərəm ki, səhiyyə istiqamətində böyük bir dönüş yaradacaq.
Bu fərmana görə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (bundan sonra – TƏBİB) yaradılır.Bu baxımdan həqiqətəndə  ən vacib sığorta insan həyatının sığortalanmasıdır. Məhz buna görə dövlət tərəfindən icbari tibbi sığortanın tətbiqi üçün praktiki struktur formalaşdırılıb. Lakin həm cəmiyyət, həm xəstəxanalar, həm də sığorta şirkətlərinin bu prosesə necə hazır olması məsələsi maraq doğurur.
Bu və digər məsələlərlə bağlı, Müstəqil.Az  tibbi sığortanın növləri və tətbiqi ilə bağlı araşdırmalar aparan, tanınmış tədqiqatçı Adıgözəl Məmmədovun  yazısını təqdim edir.
Azərbaycan Respublikasında icbari tibbi sığorta haqqında Milli Məclis tərəfindən 1999-cu ildə qanun qəbul edildikdən sonra müstəqil şəkildə tibbi sığorta proseslərini həyata keçirən qurumlar formalaşmağa başladı. Lakin tibbi sığorta şirkətlərinin zəif olması ilə əlaqədar 16 fevral 2016-cı ildə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yarandı. Sevindirici hal budur ki, 20.12.2018-ci il Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin fərmanı ilə bütünküklə sovet səhiyyə sisteminin imtinanın əsası qoyuldu. Bu fərmana görə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nəzdində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi publik hüquqi şəxsi (TƏBİB) yaradıldı. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həyata keçirəcəyi  sığortanın mexanizmi belə düşünülür: Muzdla çalışanlar, işçilər əmək haqqının 2%-i, işigötürənlər də verdikləri maaşın 2%-ni sığorta Agentliyinə köçürəcəklər. Əhalinin müəyyən kateqoriyasının – 18 yaşınadək uşaqların, pensiya yaşında olan vətəndaşların, əlillərin, aztəminatlı ailələrin, tələbələrin və hamilə qadınların sığorta haqlarını dövlət öz üzərinə götürəcək, onlara aid illik 120 manatı dövlət ödəyəcək. Tibbi sığorta bazarının güclənməsi üçün bu fərmana xüsusi ehtiyac var idi. İkinci isə tibb müəssisələri arası  rəqabət çox olduğundan, bəzən maraqlar işin içinə girirdi, çünki icbari özəl tibbi sığorta şirkətləri ilə müqavilə bağlayan idarə və müəssisələr sığorta şirkətləri tərəfindən onlara təqdim olunmuş tibb müəssisələri çərçivəsində seçim edə bilir. Amma elə tibb müəssisələri var ki, sığorta şirkətlərinin siyahısında təmsil olunmuş tibb müəssisələrindən qat-qat üstün tibbi personala və maddi-texniki bazaya malik olmağlarına baxmayarağ özəl tibbi sığorta şirkətlərinin sığortaçıya xidmət edəcək müəsisələr siyahısına alınmır.Ona görədə vəziyyətdən çıxış yolu kimi icbari tibbi sığorta üzrə agentliyin nəzdində tibbi ərazi bölmələrinin idarəetmə birliyinə daxil olacağ  publik hüquqi şəxs statusu qazanan  tibb müəssisələri özləri müstəqil olaraq müəssisənin marketinqini həyata keçirmək imkanına malik olmalıdır. Mövcud qanunlar çərçivəsində tibb müəssisələri xidmət paketlərini müəssisə və təşkilatlara təqdim edir. Müəssisə və təşkilatlar da öz əməkdaşlarına tibbi xidmətin göstərilməsi müqaviləsini ya birbaşa, ya da tibbi sığorta təşkilatları vasitəsilə həyata keçirmək imkanını əldə edir. Müəssisə və təşkilatlar tibb müəssisələri ilə birbaşa müqavilə bağladıqda onların işçilərinə göstərilən tibbi xidmətin müqabilində tibb müəssisələri qarşısında müəyyən öhdəliklər qoya bilər. Bu öhdəliklərdən biri də odur ki, tibbi xidmətlərə görə ödəniləcək məbləğin müəyyən bir hissəsini İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ödənsin. Beləliklə, də tibb müəssisələri göstərdiyi tibbi xidmətlərə görə əldə etdiyi gəlirin müəyyən bir hissəsini sığorta şirkətinə ödəyir. Bu rəqəm göstərilən xidmətin müqabilində əldə olunmuş gəlirin miqdarından asılı olaraq dəyişə bilər. Amma ortalama faiz hesabı ilə bu rəqəm hesablanmalı tərəflərin hər ikisini təmin etməlidir. Yaxud da 3 tərəfli müqavilə şəklində ( tibb müəssisəsi, tibbi xidmət haqqını ödəyən təşkilat və sığorta şirkəti) razılaşma formasında həyata keçirilə bilər. Bu istənilən halda  İcbari Tibbi Sığorta üzrə  Dövlət Agentliyi haqqında yarana biləcək yersiz söz-söhbətlərin qarşısını alacağdır. Çünki, bu praktika tətbiq olunmadığı halda daha çox tibbi xidmət paketlərini əldə edə biləcək tibb müəssisələri və bu paketi onlara təqdim edə biləcək İTSDA( İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi) haqqında şübhələr yarada bilər. Daha az xidmət paketlər almışlar bu halı İTSDA-nın inhisarçı siyasəti kimi qəbul edəcəklər. Amma müstəqil olaraq tibb müəssisələri öz marketinqlərini həyata keçirə bilsələr, onlar daha çox tibbi xidmət paketi əldə etmək naminə öz maddi-texniki bazalarını genişləndirmək və daha yüksək səviyyəli mütəxəssisləri cəlb etmək baxımından və həmçinin tibbi xidmətin səviyyəsini artırmaq üçün tələb olunan addımlar atmağa məcbur olacaqlar. Tibb müəssissələrinə bu baxımdan “intervent invenstisiya” cəlb etmək hüququnu da vermək lazımdır. Bu məqsədlə tibb müəssisəsinin əmlakı səhmlərə də çevrilə bilər və bu səhmlərin satışı nəticəsində “intervent invenstisiya” əldə etmək olar. Bu cür sistemin tətbiqi tibbi personalın əmək haqlarının yüksəlməsinə də səbəb olacaqdır. Bu komponentləri və hüquqları özündə birləşdirən tibb müəssisələri sağlam rəqabət apararağ daha da inkişaf etmək üçün çalışacaqdır. Ikinci bir tərəfdən depozit tibbi sığortanı əldə etmək baxımından da rəqabətə cəlb olunacaqdır. depozit tibbi sığorta üstün cəhətlərindən biri odur ki, tibbi xərclər müraciət edənin öz hesabın ödənilir. Müstəqil maliiyyə fəaliyyət göstərən tibb müəsisəsi depozit tibbi sığortanın formalaşmasında iştirak edə biləcək. İstənilən halda tibb müəssisənin yüksək tibbi xidmət göstəriciləri fərdi qaydada müraciətləri artıracağ. Belə halda tibb müəssisəsi ilə fiziki şəxs haqqında depozit tibbi xidmət haqqında müqavilə bağlana bilər və bu müqavilə nəticəsində formalaşmış gəlirin müəyyən bir hissəsi İTSDA-nin hesabına keçirilərək, müəyyən faiz nisbətində hesablanmalıdır. Tibb müəssisələrinin inkişafını təmin etmək üçün öz səhmlərini istiqraz vərəqələrinə çevirərək əlavə maliyyə mənbələrini formalaşdıra bilər. Yəni bu istiqrazları əldə edən hüquqi və y fiziki şəxslər müəyyən dövr ərzində və ya həmişəlik güzəştli tibbi xidmət əldə edə biləcəklər. Yəni İTSDA yüksək tibbi xidmətin təmin olunması baxımından səhmlərini istiqraza çevirmiş tibb müəssisələri haqqında başqa bir forrmada və ya güzəştli ödəmələr strategiyasını həyata keçirə bilər. Ancaq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə xüsusi səlahiyyət verib  özəl tibbi sığortalayanla sığortaçı arasında yaranan  aşağıdakı məsələlərinədə  xüsusi diqqət yetirilməlidir.
Bir çox hallarda bu gün tez –tez rast gəlinən  praktikada özəl tibbi sığorta şirkətləri ilə bağlanan müqavilələrdə konkret olaraq hansı patalogiyaların və ya xəstəliklərin tibbi sığortaya daxil edildiyi göstərilmir. Ümumi terminlərdən istifadə olunur.
 Üz-çənə cərrahiyyəsinin tibbi sığortaya daxil olması barədə bağlanmış müqavilənin stasionar yardım bölməsində göstərilsə də, sığorta risqləri bölməsinin  istisnalar hissəsində isə   rekonstruktiv  cərrahiyyə adı  ilə belə əməliyyatların aparılmasından imtina edilir.Halbu ki, rekonstruktiv cərrahiyyə dedikdə, çənə sınıqlarının bərppası-,çənənin iltihabından formalaşmış osteomielitlərdən əmələ gəlmiş çənə rezorbsiyaları, osteoblastoklastoma və.s. ba.a düşülməlidir.Halbu ki,buda üz-çənə cərrahiyyəsinin tərkib hissəsidir. Eyni hal digər patalogiyalar üzrə də təkrarlanır.Neyrocərrahiyyə və travmatologiya müqavilənin stasionar yardım bölməsində daxil edilsə də hansı növ patalogiyaların ora aid olduğu göstərilmir.  Əslində,  bu da son nəticədə haqlı narazıqlar yaradır. Məsələn: Tibbi sığortaya daxil edilən işçi hər hansı neyrocərrahi və ya travmatoloji xəstəliklərin tibbi sığortaya daxil olduğunu bilərək həkimə müraciət edir,müvafiq qaydada  diaqnoz qoyulduqdan sonra həkim tibbi sığorta agentinə müraciət edir. Tibbi sığorta şirkətinin nümayəndəsi isə xəstəyə qoyulmuş diaqnozun tibbi sığortaya aid olmadığını qeyd edərək xəstənin xəstəxanada yerləşdirilməsinə icazə verilmir. Bütün bunlar ondan qaynaqlanır ki, müqavilə bağlanılarkən konkret hansı patalogiyaların müqaviləyə daxil olması qeyd olunmalıdır. Yəni yuxarıda qeyd etdiyim özəl tibbi sığorta şirkətləri ümumi cümlələr altında istənilən halda hər hansı bir işçinin müalicəsindən imtina etmək imkanlarını əldə edir. Bu hal əlbəttə tibbi sığorta şirkətinin işinə yarayır. Sığorta olunanlara az pul xərcləyərək çox pul qazanır, lakin nəticədə sağlamlığının qorunmasının keyfiyyəti aşağı düşür.
56 baxılıb